"Azernews" dünyanın nüfuzlu qəzet rəhbərlərinin toplantısında - FOTO

"Azernews" dünyanın nüfuzlu qəzet rəhbərlərinin toplantısında - FOTO
15:22 6 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın ən nüfuzlu mətbuat orqanlarını özündə birləşdirən "Sparknews" təşkilatı Kanadanın paytaxtı Ottavada növbəti görüşünü keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sıralarında "Azernews", "USA Today", "Huffington Post", "The Sunday Times", "La Monde", "La Figaro" (Fransa), "La Nation" (Argentina), "Asahi Shimbun" (Yaponiya), LENA (Avropanın aparıcı qəzetlərinin alyansı) kimi nəhəng mətbuat orqanlarını birləşdirən media hərəkatının bu toplantısı yeni medianın inkişafına yeni yanaşmalara həsr olunub.

Sentyabrın 28-dən oktyabrın 1-dək davam edən göruşdə medianın hazırkı inkişaf dinamikası, yeni cağırışlar, innovativ yanaşmalar, informasiyalı cəmiyyətdə müasir üsullardan istifadə etməklə yeni medianın irəliyə çəkilməsinin zərurəti və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova Trend-ə deyib ki, Azərbaycanın "Azernews" qəzetinin dünyanın nüfuzlu aparıcı nəşrləri sırasında yer alması, ilk növbədə, ölkəmizin beynəlxalq arenada əhəmiyyətli yerini göstərir.

O, qəzetin belə mötəbər platformada təqdimatını ölkəmizin ictimai birlik üçün artan nüfuzunun nümunəsi kimi dəyərləndirib: "Ölkəmizin bugünkü inkişafı, bütün sahələrdə qazandığımız uğurlar, sözsüz ki, dünyada diqqətlə izlənilir. Təsadüfi deyil ki, "Azernews" qəzeti media nəhəngləri sırasında tədbirə dəvət olunmuşdu və xüsusi olaraq auditoriyaya təqdim olundu".

S.Mikayılova tədbirin maraqlı debatlarla yadda qaldığını bildirib: "Görüşdə həm də Azərbaycanla bağlı reallıqlar, ölkəmizin, eləcə də cəmiyyətimizin sıçrayışlı inkişafi, azad medianın inkişafı üçün dövlət tərəfindən bütün təminatların verilməsi və qorunması kimi məsələlər toplantı iştirakçılarının diqqətinə çatdırılıb. Bu cür fikir mübadilələrinin aparılması dövlətimiz və cəmiyyətimiz haqqında birtərəfli şəkildə yayılan qərəzli məlumatlarla dünya ictimaiyyətini çaşdırmaq istəyənlərə qarşı mübarizədə təsirli vasitədir".

"Azernews" qəzetinin baş redaktoru Dağlıq Qarabağ münaqişəsinin təkcə ölkəmiz deyil, eləcə də region üçün real təhdid mənbəyi olduğunu və Azərbaycan dövlətinin bu məsələ ilə bağlı haqlı mövqeyini həmkarlarının diqqətinə çatdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR