Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaz Ələsgərli üçün özəl gün - FOTO

Almaz Ələsgərli üçün özəl gün - FOTO

Date: 6 October 2016 15:22

Bu gün əməkdar artist Almaz Ələsgərlinin ad günüdür. 

Milli.Az bildirir ki, 50 yaşını qeyd edən müğənni təəssüratlarını axşam.az-la bölüşüb. O bildirib ki, özəl gününü ailə üzvləri ilə birlikdə qeyd edəcək:

"İlk təbriki qızlarımdan aldım. Qapalı məclis edəcəm. Ad günümü ailə üzvlərim və qohumlarımın əhatəsində keçirəcəyəm".

A.Ələsgərli 1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil alıb. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Hal-hazırda Musiqi Teatrda işləyir. 

1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb, 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olub.

Əminə və Mədinə adlı iki övladı var.

Milli.Az





Tags:  Almaz Ələsgərli özəl gün FOTO

RƏYLƏR


Top news