Kreml Putinin ad günü planlarını açıqladı

Kreml Putinin ad günü planlarını açıqladı
15:23 6 Oktyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin 64-cü ad gününü öz dostları və doğmaları ilə qeyd edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşrinin müxbiri Dmitri Smirnov dövlət başçısının sözçüsü Dmitri Peskova istinadən yazıb.

“Putin ad gününü öz dostlarının əhatəsində evdə qeyd edəcək. Bu barədə heç bir tədbir planlaşdırılmayıb. Rusiya prezidenti başqa ölkələrdən olan həmkarlarla telefon danışıqları keçirməyi planlaşdırır. Beynəlxalq zənglər, prezidentə təbriklər olacaq. Hansısa substantiv məsələlər müzakirə edilə bilər”, - o, əlavə edib.

Qeyd edək ki, Vladimir Putin 1952-ci il oktyabrın 7-də anadan olub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR