Metropoliten işçi axtarır

Metropoliten işçi axtarır
15:24 6 Oktyabr 2016
100 Digər
Ölkə mətbuatı
A- A+

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yük maşınının sürücüsü peşəsi üzrə işə qəbul elan edib.

 “Bakı Metropoliteni” nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, işə qəbul üçün, hərbi mükəlləfiyyətli, sürücülük kateqoriya SDE olan, müvafiq peşə üzrə iş stajı minimum 5 il olan, Bakı qeydiyyatlı kişilər müraciət edə bilərlər. 

 

İşə qəbul olmaq istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “yük maşınının sürücüsü” peşəsinin qeyd edilməsi zəruridir. 
 

Qeyd edək ki,  müraciət üçün son tarix oktyabrın 12-dir.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR