"Elə qadınlar bədbəxtdir" - əməkdar artist

"Elə qadınlar bədbəxtdir" -  əməkdar artist
15:26 6 Oktyabr 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Bəsti Sevdiyeva ARB TV-nin “Gəlin danışaq” verilişində ailəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni ailəsinin sənətdə ona qadağa qoymadığını deyib:

“Mənə qadağalar olmayıb. Bəzi kiçik nüanslar olub ki, ona razılıq verilməyib. Məsələn, bəzi verilişlərə dəvət ediblər, amma evdən razı olmayıblar, mən də getməmişəm. Getmək istəməyəndə də, deyirəm ki, Bakıda deyiləm”.

B.Sevdiyeva qurman olduğunu bildirib:

“Yeməyi çox sevirəm. Hər bir qadın yemək bişirməyi bacarmalıdır. Bir də görürsən, biri çıxır efirə deyir ki, mən yemək hazırlaya bilmirəm. O söz mənə çatmır. Onda qadınlıq sözünü üstündən götür. Qadın olasan, bunu bacarmayasan? Xanıma belə şeyi yaraşdırmıram. İnana bilmirəm ki, normal qadın, hansı peşənin sahibi olursa olsun, bir stəkan çayı süzüb gətirə bilməsin. Elə qadınlar bədbəxtdir. Yazığım gəlir onlara".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR