Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Su pərisi"nin meyitinin FOTOsu yayıldı

"Su pərisi"nin meyitinin  FOTOsu yayıldı

Date: 6 October 2016 15:32

Britaniyalı Pol Cons özünün şəxsi Facebook səhifəsində su pərisinin qalıqları olduğunu iddia etdiyi şəkil dərc edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, əfsanəvi varlığın cəsədini Şimal dənizinin sahilində aşkar edib.

Yerli nəşrlər qeyd edir ki, "su pərisi"nin isti suları tərk edib, daha sərt iqlimə malik və neft dağılmış ərazilərə, həmçinin çoxsaylı tankerlərin olduğu yerlərə getməsinin səbəbi məlum deyil.

Artıq bir çoxları bu şəkillə bağlı öz fikirlərini açıqlayaraq, bunun saxtakarlıq olduğunu bildiriblər. Ancaq sosial şəbəkədə dərc olunan şəkil 15 min dəfədən artıq paylaşılıb. Məlum olub ki, Pol Cons özü horror stilində heykəltəraşlıqla çörək pulu qazanan mütəxəssisdir.

Təqdim olunan məxluqun quyruğu zibil paketini xatırladır.

Milli.Az



Tags:  pərisinin meyitinin FOTOsu yayıldı

RƏYLƏR


Top news