Türkiyə millisinin sabiq futbolçusu bıçaqlanıb

Türkiyə millisinin sabiq futbolçusu bıçaqlanıb
15:37 6 Oktyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkiyə millisinin sabiq futbolçusu Önder Turacı bıçaqlanıb.
"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçinin keçmiş həyat yoldaşının qardaşı tərəfindən hücuma məruz qalıb. Hadisənin keçmiş həyat yoldaşından olan uşağı ilə əlaqədar yaranan problem səbəbindən baş verdiyi bildirilib. Turacı uşaqlarla görüşmək üçün qarşı tərəflə söhbət edib. Daha sonra tərəflər arasında mübahisə yaşanıb və futbolçu sinə və çiyin nahiyəsindən bıçaqlanıb. Hazırda onun vəziyyəti ağırdır.
Qeyd edək ki, Öndər Turacı hazırda Belçika 3-cü liqasında çıxış edən "Sportinq" (Hasselt) klubunun formasını geyinir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/turkiye-millisinin-sabiq-futbolcusu-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR