Con Kerrinin Dağlıq Qarabağla bağlı "Vəsiyyətnaməsi"

Con Kerrinin Dağlıq Qarabağla bağlı "Vəsiyyətnaməsi"
15:37 6 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Aİ-dən Dağlıq Qarabağla bağlı AÇIQLAMA (23 May 2017 19:52)
Dövlət katibindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA: "ABŞ öhdəliklərə sadiqdir" (03 May 2017 12:52)
Malena Mard: "Dağlıq Qarabağla bağlı "status-kvo" qəbuledilməzdir" (07 Aprel 2017 10:27)

Bir neçə gün əvvəl dünyanın ən güclü dövləti, Yer kürəsində baş verən bütün məsələlərdə bu və ya digər şəkildə tərəf olan, baş verən bütün proseslərə qarışan ABŞ-ın dövlət katibi Con Kerri Aspen İnstitutu və "Atlantic'' nəşrinin təşkil etdiyi ''2016-cı il Vaşinqton İdeyalar Forumu''nda çıxış edərək beynəlxalq münasibətlər sistemində baş verən proseslər haqda fikirlər səsləndirib. İran, Suriya, Əfqanıstan, Ukrayna, Cənubi Çin dənizi və digər ''qaynar nöqtələr''ə dair ABŞ-ın münasibətini auditoriyaya çatdıran Kerri "dondurulmuş münaqişə''lərə də toxunub və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı mövqe bildirib.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, beynəlxalq aləmdəki ziddiyyətlərin və problemlərin həlli yollarına özünün yanaşmasından və üslubundan bəhs edən Con Kerri Dağlıq Qarabağ münaqişəsi haqda bunları deyib: ''Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş münaqişələr var ki, onların həll yolu görünmür, çünki liderlər buna hazır deyillər''.

Kerrinin məsələyə bu cür yanaşması çox təəccüblüdür və eyni zamanda bir sıra suallar doğurur. Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, əslində, olduqca sadədir. Azərbaycan torpaqları artıq 25 ildir ki, Ermənistan tərəfindən işğal olunub. Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Böyük dövlətlər münaqişənin beynəlxalq hüquqa uyğun həllini dəstəklədiklərini bəyan edirlər. Beynəlxalq hüquq isə birmənalı şəkildə Azərbaycanın tərəfindədir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair BMT TŞ-nın 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. O qətnamələrin əksəriyyətinə ABŞ özü də səs verib. Lakin bu qətnamələr hələ də icra olunmamış qalmaqdadır.

Münaqişənin həlli üzrə vasitəçilik məsuliyyətini öz üzərinə götürmüş Minsk Qrupunun həmsədrləri hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Rəsmi Bakı hətta ən ağır məqamlarda belə öz konstruktivliyini nümayiş etdirib və sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

Bir anlığına fərz edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir (əslində isə tarixi Azərbaycan torpaqlarıdır). Bəs işğal olunan 7 rayon? Həmin ərazilərə Ermənistanın heç bir iddiası ki yoxdur! 25 ildir ki, Azərbaycan erməni qoşunlarının işğal olunmuş ətraf rayonlardan çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına nail olmağa çalışır. Heç olmasa bu rayonların azad olunması üçün Azərbaycan 25 ildə nəyə hazır olmalı idi?  Bu 7 rayonun qeyd-şərtsiz Azərbaycana geri qaytarılması üçün vasitəçilər nə ediblər? Bəzən hətta Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı sadə bir bəyanatı səsləndirməkdə belə çətinlik çəkirlər. Həmsədrlərin düşünüb tapdığı ən asan yol isə "özünüz razılığa gəlin, biz sizi dəstəkləyək'' olub.

Burada bir məqam da diqqəti cəlb edir. Kerrinin ''liderlər hazır deyil'' ifadəsi Ermənistanın tez-tez istifadə etdiyi "Azərbaycan kompromislərə hazır deyil, güzəştə getmək istəmir'' leksikonuna çox bənzəyir. Ermənistanın nəzər-nöqtəsinə görə hazırlıq dərəcəsi Azərbaycanın Dağlıq Qarabağı bütünlüklə ona verməsi ilə ölçülür. Bəlkə Kerri də məhz elə bunu nəzərdə tutur? Kerrinin vurğuladığı ''münaqişənin həll yollarının görünməməsi" fikri və DQ münaqişəsini "dondurulmuş münaqişə" adlandırması da elə ermənilərin maraqlarına uyğundur. Əslində, bu cür yanaşmalardan cürətlənən Ermənistan münaqişənin həllini mümkün olduğu qədər uzatmağa çalışır.

Maraqlıdır, görəsən Kerrinin belə bir fikir bildirməsində məqsəd nədir? Bu əvvəlcədən düşünülmüş bir mesaj, yoxsa təsadüfən edilmiş ''səhvdir''? Kerri belə bir siyasi səhv buraxacaq qədər təcrübəsizdirmi?

Məlumdur ki, Obama administrasiyası artıq yavaş-yavaş hakimiyyəti təhvil verməyə hazırlaşır və müxtəlif tədbirlər, çıxışlar və bəyanatlar vasitəsilə bir növ öz fəaliyyəti haqda ictimaiyyətə hesabat təqdim edir və müxtəlif məsələlər üzrə rəy formalaşdırmağa çalışır. Görəsən indi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirilən bu fikir ABŞ-ın münaqişəni həll etmək iqtidarında olmamasının etirafıdırmı? Dövlət katibi münaqişənin həllinə ciddi cəhdlə çalışdıqlarını, lakin hər hansı bir nəticənin əldə olunmadığını demək istəyir? (Əfsus ki, 20 ildən artıq bir müddətdə mövcud beynəlxalq hüquqa əsaslanan heç bir konkret təklif və ya mövqe ortaya qoyulmayıb) Bu, bütün məsuliyyəti tərəflərdən birinin üzərinə atmaqla öz işini bitmiş hesab etmək deyilmi?

Öz çıxışında Con Kerri xarici siyasətdəki hər bir məsələyə ABŞ-ın maraqları və dəyərləri prizmasından yanaşmanın vacibliyini önə sürür. Sual olunur: bütün çətinliklərə baxmayaraq, böyük inkişaf yolu keçmiş, enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, NATO və digər sahələrdə Qərbin etibarlı tərəfdaşına çevrilmiş, digər ölkələrə Roma Papası tərəfindən tolerantlıq nümunəsi kimi göstərilən Azərbaycanın ərazi bütövlüyünün bərpası ABŞ-ın hansı maraqlarına xidmət etmir? Öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün elementar hüquqlarının bərpası özünü ''demokratiya carçısı'' elan edən ABŞ-ın hansı dəyərlərinə uyğun gəlmir?

Yəqin ki, xarici siyasətdə maraqlar və dəyərlər çərçivəsini irəli sürən Kerri ''şəxsi mənafe''lərin ABŞ xarici siyasətinə təsiri faktorundan bilərəkdən danışmır. Halbuki, ABŞ-da lobbiçiliyin rolu və miqyası hər kəsə məlumdur. Onu da yaddan çıxarmayaq ki, Kerri uzun müddətdir erməni lobbisi ilə yaxın əlaqələrə malik olan bir siyasətçidir. Bu fakt onun bütün fəaliyyəti boyu özünü açıq şəkildə büruzə verib. Təkcə onu xatırlamaq kifayətdir ki, Kerri hələ 1990-cı ildə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbilə SSRİ-nin rəhbəri Qorbaçova məktub yazmış amerikalı senatorlardan biridir.

Görünür, Kerrinin həmin mövqeyi dəyişməz olaraq qalır. İndi belə bir fikir səsləndirməklə dövlət katibi vəzifəsində öz ''şəxsi mənafeləri''nə bağlı son missiyasını yerinə yetirir. Onun bu bəyanatı Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə yanlış mövqe formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Onsuz da Kerrinin dövlət katibi olduğu illərdə Dövlət Departamentinin, ondan təlimat alan müxtəlif QHT-lərin və Departamentin keçmiş əməkdaşlarının Azərbaycan haqda dünyada yanlış rəy formalaşdırmaq səyləri heç vaxt səngiməmişdir. Bu dəfə isə Azərbaycanın öz torpaqlarını güzəştə getməsini münaqişənin həlli üçün zərurət kimi qələmə verən Kerri növbəti ədalətsizliyə yol verir.

Bütün bunlar isə sadəcə təəssüf doğurur. Bu cür mövqe ilə dünyada sabitliyə, inkişafa nail olmaq mümkün deyil. Məhz belə qeyri-obyektiv, ədalətsiz yanaşmaların nəticəsidir ki, hazırda dünyada qaynar nöqtələrin sayı durmadan artır, bir sıra regionlarda əsl xaos hökm sürür. Qərb öz səhvləri nəticəsində dağıldılmış İraq, Suriya, Əfqanıstan kimi ölkələrdən qaçanlara qarşı qeyri-insani rəftarı ilə seçildiyi halda Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərini təkbaşına həll edir.

Öz xarici siyasətini sülh, inkişaf, əməkdaşlıq kimi prinsiplərə, multikultural dəyərlərə əsaslandıran Azərbaycan Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Beynəlxalq Humanitar Forum, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, İslam Həmrəyliyi Oyunları kimi tədbirlərə ev sahibliyi edir. Dünya katoliklərinin lideri olan Roma Papası 2 dəfə Azərbaycana səfər edir. Bütün bunlar kiçik bir müsəlman dövlətinin öz liderlərinin düşünülmüş siyasəti nəticəsində əldə etdiyi uğurların az bir hissəsidir. Belə ölkəyə qarşı bu münasibət nə dərəcədə ədalətlidir?

Bir məsələni də xüsusi qeyd etməyi vacib hesab edirik. Təəssüf ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Kerrinin bu bəyanatına cavabı həm mahiyyət, həm və səviyyə nöqteyi-nəzərindən adekvat olmadı. ABŞ-ın dövlət katibinin Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bir məsələdəki mövqeyinə XİN-in mətbuat katibinin dili ilə cavab vermək nə dərəcədə uyğundur? Axı həqiqəti demək bu qədər çətindir?

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cinayətkarın telefon dəftərçəsindən dövlət adamlarının nömrəsi çıxdı

29 May 2017 10:25

"Aygün, Faiq və Röya mənim pilləmə qalxa bilməzlər" - VİDEO

29 May 2017 10:22

Türk futbolçu məşqçisini tənqid etdi: "Heç nə alınmadı"

29 May 2017 10:22

DTX-da YENİ TƏYİNAT: general-mayor rəis müavin oldu

29 May 2017 10:19

Düşmən cəbhədə pulemyotlardan istifadə edib

29 May 2017 10:19

Neft ucuzlaşdı

29 May 2017 10:17

Polisin qovladığı sürücü piyadaları əzdi - FOTO

29 May 2017 10:17

Neft ucuzlaşdı

29 May 2017 10:16

Kişi və üç azyaşlı oğlu faciəvi şəkildə öldü - Rusiyada

29 May 2017 10:12

Mədət Quliyevə yeni müavin təyin olundu

29 May 2017 10:12

Azərbaycanda üzünü dəyişdirənlər var? - Həkim, deputat və kriminalist DANIŞIR

29 May 2017 10:12

Mədət Quliyevə yeni müavin təyin olunub

29 May 2017 10:11

Dünyanın ən qorxulu asma körpüsü

29 May 2017 10:07

Sevgilisi ilə birləşib ƏRİNİ YATAQDA ÖLDÜRDÜ

29 May 2017 10:05

A seriyası başa çatdı: "Roma" gümüş, "Napoli" bürünc qazandı

29 May 2017 10:05

Abşeronda bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb

29 May 2017 10:02

APA TV-nin 4 yaşı tamam olur

29 May 2017 09:59

Azərbaycanlı aparıcı italyana ərə getdi - FOTO

29 May 2017 09:57

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

29 May 2017 09:53

Yerli məşhurların ayrıla bilmədikləri əşyaları - VİDEO

29 May 2017 09:47

Düşmən cəbhədə iriçaplı pulemyotlardan istifadə edir

29 May 2017 09:43

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 116 dəfə pozub

29 May 2017 09:42

Cəbhədən SON XƏBƏR

29 May 2017 09:42

Hindistanda ildırım vurması nəticəsində 18 nəfər ölüb

29 May 2017 09:37

Sevgilisi ilə birləşib

29 May 2017 09:36

İtaliya şirkətindən TAP-la baölı AÇIQLAMA

29 May 2017 09:32

İtaliya şirkəti: TAP-ın tikintisi plana uyğun gedir (ÖZƏL)

29 May 2017 09:29

Parisdə Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr edilmiş konsert olub - FOTO

29 May 2017 09:27

29 May

29 May 2017 09:25

Qaradağda yük maşını yandı

29 May 2017 09:24

"İmkan olarsa, bir daha Bakıya gələrəm"

29 May 2017 09:22

Kamçatka sahillərində güclü zəlzələ olub

29 May 2017 09:22

Putin Parisə gedir

29 May 2017 09:17

Bakıda "Howo" yanıb

29 May 2017 09:12

Suriyada İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

29 May 2017 09:12

"Messi sözün hər mənasında yeraltı sivilizasiyanın nümayəndəsidir"

29 May 2017 09:05

Braziliyada 50-dən artıq aviareys təxirə salınıb

29 May 2017 08:57

Yasamalda yük maşını minik avtomobilinə çırpılıb

29 May 2017 08:52

Paytaxtda yük avtomobili yanıb

29 May 2017 08:50

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

29 May 2017 08:47

Hondurasda stadionda basabas: 2 ölü, 17 yaralı

29 May 2017 08:37

Bakıda dostların içki məclisində dava düşüb, 1 nəfər yaralanıb

29 May 2017 08:32

Mançesterdə terror aktının araşdırılması ilə bağlı kimyaçı tələbə saxlanılıb

29 May 2017 08:32

ABŞ hərbiçisi paraşütünün açılmaması nəticəsində ölüb

29 May 2017 08:22

Şimali Koreya raket buraxdı

29 May 2017 08:18

Bakıda 24 yaşlı gənc bıçaqlanıb

29 May 2017 08:17

Bakıda üç uşaq atası özünü asaraq öldürüb

29 May 2017 08:12

Cənubi Koreya hərbçiləri KXDR tərəfindən raket buraxılışı barədə məlumat verib

29 May 2017 08:12

Paytaxda sərnişin avtobusunda bədbəxt hadisə baş verib

29 May 2017 08:07

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb

29 May 2017 08:05