Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda bir ailənin üç uşağı zəhərləndi

Sumqayıtda bir ailənin üç uşağı zəhərləndi

Date: 6 October 2016 15:37

Sumqayıt şəhərində tortdan kütləvi zəhərlənmə olub.

Milli.Az report-a istinadən bildirir ki, 2004-cü il təvəllüdlü Xanım Əiyeva, onun bacısı 2009-cu il təvəllüdlü Gülmirə Əliyeva və qardaşı 2012-ci il təvəllüdlü Murad Əliyev tortdan zəhərlənib.

Hər üç azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan report-a verilən məlumata görə, onlar tibb müəssisəsinə "naməlum etiologiyalı bağırsaq infeksiyası" diaqnozu ilə qəbul edilib.

Azyaşlıların evdə qəbul etdiyi qidadan bağırsağına infeksiya düşdüyü məlum olub. 
"Hazırda hər üç xəstənin vəziyyəti sabitdir", - xəstəxanadan bildirilib.

Milli.Az


Tags:  Sumqayıtda ailənin üç uşağı zəhərləndi

RƏYLƏR


Top news