Baş redaktordan deputatla tarixçilər arasındakı qalmaqala REAKSİYA

Baş redaktordan deputatla tarixçilər arasındakı qalmaqala REAKSİYA
15:38 6 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, “Xalq Cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli millət vəkili Fazil Mustafa ilə bir sıra tarixçilər arasında tarixi şəxsiyyətlərlə bağlı gedən mübahisəyə münasibət bildirib.

Publika.az xəbər verir ki, Elçin Mirzəbəyli böyük türk dövlət xadimlərinin qarşı-qarşıya qoyulmasının yanlış və təhlükəli olduğunu söyləyib:

“Tarixdə günahkar axtarmaq, xüsusilə də Türk tarixinin böyük dövlət adamlarını, fatehlərini qarşı-qarşıya qoymaq yanlış olduğu qədər təhlükəli yanaşmadır. Bu müzakirələrə son qoymaq, tarixlə barışıb irəli addımlamaq lazımdır. Çünki tarixi dəyişə bilməzsən. Biz türk tarixinin bütün fatehləri ilə, dövlət quran şəxsiyyətləri ilə qürur duymalıyıq! Ömründə bir kənd, bir qəsəbə qura bilməyən adamların dövlət qurucularını qarşı-qarşıya qoyması, bu günümüzün baxış bucağından birini günahkar, digərini haqlı çıxarması ikrah doğurur. Hər bir Türk dövləti bizim qürur duyacağımız tarixin bir parçasıdır. Dünyada heç bir millət türklər qədər dövlət qurmağı bacarmayıb. Tarixi mövcud olmuş böyük türk imperiyalarını oxuyaq və qürur duyaq”.

Deputatdan Tarix İnstitutuna SƏRT SÖZLƏR: "Tarixsiz alimlər..."

“Adını ilk təfə duyduğum tarixçi-alimlər, tarixsiz alimlər eninə uzununa bəndənizə cavablar yazırlar.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR