"Report": Manat bir qədər də bahalaşa bilər

"Report": Manat bir qədər də bahalaşa bilər
15:42 6 Oktyabr 2016
254 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,55 AZN/USD səviyyəsinə kimi düşə bilər. 
"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 50 dollar/barel səviyyəsini keçməsi manatın möhkəmlənməsinə gətirib çıxarıb. 
Neft qiymətlərinin bu səviyyədə qalması ilin sonuna qədər manatın cari səviyyədən 3-5% bahalaşmasına gətirib çıxaracaq. 
Qeyd edək ki, hazırda "Brent" və "Azeri Light" markalı neft sortları təxminən 52 dollar/barelə satılır. Noyabrın 30-da Vyanada keçiriləcək OPEC ölkələrinin sammitində neft hasilatının azaldılması tutulur ki, bu da neftin qiymətinin ilin sonuna qədər 50 dollar/bareldən yuxarı olacağı ehtimallarını artırıb. Analitik qrup hesab edir ki, 2016-cı ilin yekununda Azərbaycanda dolların rəsmi məzənnəsi ilin əvvəlindəki 1,56 AZN/USD səviyyəsindən aşağı enə bilər: "Lakin məzənnənin bu il 1,50 AZN/USD səviyyəsinin üstündə olacağı ehtimal edilir".

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/dollarin-1-55azn-seviyyesine-qeder-ucuzlasmasi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR