PKK-nın Türkiyəyə qarşı yeni hücum planlarının detalları
ortaya çıxıb.
Publika.az xəbər verir ki, terror törətmək üçün İzmirə
gələn PKK üzvü Mehmet Demir polis tərəfindən həbs olunandan sonra
hər şeyi etiraf edib.
O, Şimali İraqda təlim keçdiyini və Türkiyəyə qaçaq yolla gəldiyini
deyib. Bildirib ki, hədəfi İzmirdə iqtisadi əhəmiyyətli obyektləri'
AKP-nin binalarına və polis bölmələrinə hücum etmək olub.
M. Demir PKK-nın yeni hücum planının detallarını da açıqlayıb.
Belə ki, PKK yeni terror hücumları üçün polisdə cinayət dosyası
olmayan şəxsləri seçib. Onlar saxta pasportlardan istifadə etmirlər
və rahat şəkildə gəzə bilirlər. PKK bunun üçün adı heç bir cinayətə
qarışmamış, universitet tələbələrindən istifadə edir. Həmçinin,
terror aktı törədiləcək şəhərdə kamikadzenin qohumlarının olmasına
xüsusi diqqət edir.
Asif