Şəhid hərbçimiz dəfn edilib - FOTOLENT

Şəhid hərbçimiz dəfn edilib - FOTOLENT
15:54 6 Oktyabr 2016
817 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Ötən gün Ermənistanın cəbhədə atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Məmmədov Sahil Sabir oğlu bu gün dəfn edilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid S. Məmmədov anadan olduğu Bərdə rayonunda torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimi doğulduğu Soğanverdilər kəndində təşkil olunub.

 

Mərasimə Müdafiə Nazirliyinin zabitləri, şəhidin döyüş yoldaşları, Bərdə rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Yaylım atəşindən sonra şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  Ermənistanın yenidən cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə başladığı haqda məlumat yayıb.

 

Məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

 

 

Nazirlik bildirib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR