Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirdən ŞOK AÇIQLAMA: ilk hava limanı yadplanetlilər tərəfindən tikilib

Nazirdən ŞOK AÇIQLAMA: ilk hava limanı yadplanetlilər tərəfindən tikilib

Date: 6 October 2016 16:03

İraqın nəqliyyat naziri Kasım Fincan dünən verdiyi açıqlamalarla onu dinləyən jurnalistləri heyrətləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir tarixdəki ilk hava limanının yadplanetlilər tərəfindən tikildiyini bildirib.

İraqlı nazirə görə, tarixdəki ilk hava limanı 7 min il əvvəl, Yaxın Şərqdə “antik yadplanetlilər” tərəfindən tikilib və planetlərarası missiyalar üçün istifadə edilib.

“Planet üzərindəki ilk hava limanı miladdan 5 min əvvəl Zi Kar (İraq) şəhərində tikilib. Buranın seçilməsi hava şərtlərinin uyğun olması ilə bağlı idi. Sümerliler bu torpaqlara yerləşəndə bunun fərqində idilər və xüsusilə digər planetlərə səyahətlər üçün seçdilər”, - o, qeyd edib.

Ömər Dağlı


Tags:  Nazirdən ŞOK AÇIQLAMA ilk hava limanı yadplanetlilər tərəfindən tikilib

RƏYLƏR


Top news