Azərbaycanda quldurlar 17 yaşlı çobana hücum etdilər

Azərbaycanda quldurlar 17 yaşlı çobana hücum etdilər
16:05 6 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeniyetmə çoban quldurların hücumuna məruz qalıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Abşeron rayonu Müşviqabad qəsəbəsi, Sevil massivində qeydə alınıb.

Orada yerləşən otlaq sahəsində çoban kimi fəaliyyət göstərən 1999-cu il təvəllüdlü Bərdə rayon sakini Hüseynov Cəmaləddin Əlipənah oğlu tanımadığı şəxslərin hücumuna məruz qalıb. Belə ki, 4 nəfər gələrək C.Hüseynovdan onlara otardığı quzulardan birini verməyi tələb edib.

C.Hüseynov buna etiraz edən zaman, naməlum şəxslər çobanın əl-qolunu bağlayaraq onu döyməyə başlayıblar. Bundan sonra sürüdən 4 baş qoyun götürərək ərazini tərk ediblər.

Zərərçəkən C.Hüseynovun ifadəsinə görə, naməlum şəxslər qoyunları "VAZ 2106" və "VAZ 2107" markalı avtomobilə aparıblar. Lakin qaranlıq olduğundan və döyüldüyündən C.Hüseynov avtomobillərin dövlət qeydiyyat nişanını görə bilməyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR