Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bələdiyyə sədri və həyat yoldaşını öldürən şəxsə prokuror cəza istədi

Bələdiyyə sədri və həyat yoldaşını öldürən şəxsə prokuror cəza istədi

Keçmiş arvadını öldürən şəxsə HÖKM OXUNDU (10 Mart 2017 12:32)
Prokuror Qubada bacanağını öldürən şəxsə cəza istəyib (07 Mart 2017 15:37)
Bacısının ərini öldürən şəxsin şikayəti rədd edildi (25 Fevral 2017 14:22)

Tarix: 6 Oktyabr 2016 16:05

Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib. 
 
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
 
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az


Teqlər:  Bələdiyyə sədri həyat yoldaşını öldürən şəxsə prokuror cəza istədi



RƏYLƏR


Top xəbərlər