Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan səfiri: "Bakı və Moskva terrorizmə qarşı birgə mübarizəni hər gün koordinasiya edir"

Azərbaycan səfiri: "Bakı və Moskva terrorizmə qarşı birgə mübarizəni hər gün koordinasiya edir"

Date: 6 October 2016 16:07

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bakı və Moskva terrorizmlə mübarizədə birgə səylərin koordinasiyası üzrə gündəlik işlər görür".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Terrorizmlə mübarizədə birgə səylərin koordinasiyası işi bizdə aktiv şəkildə həyata keçirilir. Demək olar, gündəlik əlaqələndirmə olur. Bizdə xüsusi xidmət orqanları, DİN-lər arasında çox yaxşı qarşılıqlı münasibət var. Bir müddət əvvəl Bakıda MDB ölkələrinin xüsusi xidmət və təhlükəsizlik xidmətləri orqanlarının rəhbərlərinin görüşü keçirilib" - səfir bildirib.
P.Bülbüloğlu vurğulayıb ki, bu gün Yaxın Şərqdə, Avropanın özündə baş verənlər, artan iqtisadi böhran ən mənfi və gözlənilməz nəticələr verə bilər.
"MDB sərhədlərinə terror bu qədər yaxınlaşıbsa, ölkələrin ayrı-ayrılıqda buna qarşı mübarizə aparması mümkün deyil. MDB adı altında birləşməyə münasibət tənqidi olsa da, sözügedən məsələdə, bu, xarici sərhədlərin perimetridir. Ona görə də qarşılıqlı anlaşma səviyyəsində birgə çalışmaq zəruridir. Azərbaycan və Rusiya arasında, həmçinin Azərbaycan və Qazaxıstan arasında belə qarşılıqlı əməkdaşlıq var. Terrorun səbəblərini həm fiziki, həm də mənəvi-etik baxımdan aradan qaldırmaq çox vacibdir. Biri olmadan digəri mümkün deyil" - səfir vurğulayıb.

Tags:  Azərbaycan səfiri Bakı Moskva terrorizmə qarşı birgə mübarizəni hər gün koordinasiya edir

RƏYLƏR


Top news