Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Böyüklərdən hərdən elə hərəkət görürsən ki, ürəyin sınır"

"Böyüklərdən hərdən elə hərəkət görürsən ki, ürəyin sınır"

Date: 6 October 2016 16:12

Müğənni Elton Hüseynəliyev "5/5" verilişinə qızı Nurayla birlikdə qatılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi övladı ilə İrem Dericinin "Kalbimin tek sahibine" mahnısını duet oxuyub. 

E.Hüseynəliyev aparıcının "Kiminlə ömrünün axırına qədər danışmayacaqsan? Paxıllar çoxdur? Hansı sənətkarı paxıl adlandırmısan" sualına belə cavab verib:

"Əsəbi olanda nə gəldi danışırsan. Kinli adam deyiləm. Hirsli vaxtımda dediyim sözdür. Bir xalq artistinə paxıl demişəm. İstəmirəm bu söhbəti təkrarlayım. Paxıllıq hissi hamıda var, amma baxır onu hara yönəldirsən. Böyüklərə hörmət edirik, borcumuzdur. Amma hərdən elə hərəkət görürsən ki, ürəyin sınır. Gedirsən hardasa çıxış etməyə, görür, 40 dəqiqə səhnədən düşmür, qəsdən səni gözlətdirir".

Qeyd edək ki, E.Hüseynəliyev açıqlamalarından birində xalq artisti Brilliant Dadaşovanı paxıl adlandırmışdı.

Milli.Az


Tags:  Böyüklərdən hərdən hərəkət görürsən ürəyin sınır

RƏYLƏR


Top news