Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan ordusunun dünya reytinqindəki yeri AÇIQLANDI

Azərbaycan ordusunun dünya reytinqindəki yeri AÇIQLANDI

Date: 6 October 2016 16:12

Dünyanın ən güclü ordularının builki reytinq cədvəli tərtib edilib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, ən güclü orduların yeni reytinqini Amerikanın "Global Fire Power" araşdırma mərkəzi açıqlayıb.

Hər il olduğu kimi bu il də siyahıda 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb.

Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan isə 94-cü pillədə dayanıb.

Qeyd edək ki, ötənilki reytinq cədvəlində Azərbaycan döyüş gücünə görə 63, Ermənistan isə 74-cü pillədəydi.

Milli.Az


Tags:  Azərbaycan ordusunun dünya reytinqindəki yeri AÇIQLANDI

RƏYLƏR


Top news