Deputat: “Con Kerri son dərəcə ədalətsiz, qərəzlidir”

Deputat: “Con Kerri son dərəcə ədalətsiz, qərəzlidir”
16:23 6 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.

Deputat F.Ağamalı Publika.az-a açıqlamasında deyib ki, ABŞ dövlət katibi Con Kerrinin bir siyasətçi kimi formalaşmasında, onun siyasi arenadakı fəaliyyətində və indiki səviyyəyə qalxmasında erməni lobbisinin böyük rolu var:

“Əslində, Con Kerrinin ermənilərin maraqlarına xidmət edən bu cür bəyanatı onun hakimiyyətdə təmsil olunduğu vaxtda işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində ABŞ-ın qətiyyətli mövqeyinin ortaya qoyulmasına kifayət qədər problemlər yaratdığını və mane olduğunu göstərdi. Con Kerri hər zaman ermənilərin yanında olub. Şübhəsiz ki, sabah da mövqeyini dəyişməyəcək”.

F.Ağamalı qeyd edib ki, əslində, Con Kerri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək üçün danışıqlara hazır olmadığını deməli idi:

“Con Kerrinin mövqeyi həqiqəti ifadə etmir və son dərəcə ədalətsiz, qərəzlidir. Azərbaycan münaqişənin həlli üçün hər zaman konstruktiv danışıqlara üstünlük verib. Təəssüf ki, Con Kerri bilərəkdən ermənilərin xeyrinə olan bəyanat səsləndirir. Bu, onun işğalçıya dəstək göstərdiyinin ifadəsidir.

Digər tərəfdən isə Con Kerri ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-ın dövlət katibi kimi bu cür bəyanatla çıxış etməli deyil. O, işğalçı Ermənistana təzyiq göstərməlidir ki, işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çıxartsın. Ancaq Con Kerri və onun ətrafında olan insanlar bunun əksini və işğalçı Ermənistan ilə bərabər olduqlarını bir daha ortaya qoyublar”.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxış edərkən bildirib ki, liderlər buna hazır deyillər.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR