Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda manyak tələbə qıza hücum etdi

Bakıda manyak tələbə qıza hücum etdi

Date: 6 October 2016 16:32

Bakı Dövlət Universitetinin tələbələri qorxulu anlar yaşayıb. Belə ki, ali məktəbin həyətində olan manyak tələbə qızlardan birinə hücum edib. Oğlanların səyi nəticəsində manyak ərazidən uzaqlaşdırılıb.

Milli.Az bizimyol-a istinadən xəbər verir ki, bu barədə məlumatı hadisənin şahidi olduğunu bildirən şəxs deyib. Onun sözlərinə görə, 1.82 sm boyu olan manyakın əlində bıçaq olub.

Hadisə şahidinin dedikləri ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovdan münasibət öyrəndik. 
 
"Bu barədə ali təhsil müəssisəsinə hər hansı bir məlumat daxil olmayıb", - deyə P.İbrahimova bildirdi.

Milli.Az


Tags:  Bakıda manyak tələbə qıza hücum etdi

RƏYLƏR


Top news