Metroda gediş haqqı artacaq? - RƏSMİ

Metroda gediş haqqı artacaq? - RƏSMİ
16:37 6 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Metroda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlər və orada əks olunan rəqəmlər cəfəngiyyatdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. 

"Bakı Metropoliteni" olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyyatdır. Hesablama Palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır. 

Palata 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərci 54 qəpik göstərmişdi. Cari ilin sonunda bu il bir sərnişinin daşınmasına çəkilən xərc açıqlanacaq", - deyə "Bakı Metropoliteni"nin rəsmisi bildirib.

Qeyd edək ki, "Azadlıq" radiosu Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə istinadən hesablayıb ki, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 20 qəpiyə deyil, 82,4 qəpiyə başa gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR