Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Firuzə İbadova efirə qızı və nəvəsi ilə gəldi - fotolar

Firuzə İbadova efirə qızı və nəvəsi ilə gəldi -  fotolar

Date: 6 October 2016 16:41

“İndi də atamı qınayıram, bizi tez tərk etdi. Sevmədiyim bir alın yazısı idi. Evimizdə hər zaman biri oldu, biri olmadı. Anam bizi əziyyətlə böyütdü”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Firuzə İbadova deyib.

“10-dan sonra” verilişinə anası Hökümə xanım, qızı Hülya, nəvəsi Hökümə və bacısı Rəhilə ilə qatılan müğənni həyatından şikayətlənib.

F.İbadova nəvəsinin onun taleyini yaşadığını bildirib:

“İndi mənim nəvəm də bunu yaşayır. Bizim evimizdə indi də elədir, biri var, biri yoxdur. Anam da valideynini erkən yaşda itirib. Sonra mən atamı itirdim. Qızım da atasız böyüdü. İndi nəvəm də atasız böyüyür”.










Tags:  Firuzə İbadova efirə qızı nəvəsi gəldi fotolar

RƏYLƏR


Top news