Nazirdən ŞOK AÇIQLAMA: "İlk hava limanı yadplanetlilər tərəfindən tikilib"

Nazirdən ŞOK AÇIQLAMA: "İlk hava limanı yadplanetlilər tərəfindən tikilib"
16:42 6 Oktyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın nəqliyyat naziri Kasım Fincan dünən verdiyi açıqlamalarla onu dinləyən jurnalistləri heyrətləndirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, nazir tarixdəki ilk hava limanının yadplanetlilər tərəfindən tikildiyini deyib.

İraqlı nazirə görə, tarixdəki ilk hava limanı 7 min il əvvəl, Yaxın Şərqdə "antik yadplanetlilər" tərəfindən tikilib və planetlərarası missiyalar üçün istifadə edilib.

"Planet üzərindəki ilk hava limanı miladdan 5 min əvvəl Zi Kar (İraq) şəhərində tikilib. Buranın seçilməsi hava şərtlərinin uyğun olması ilə bağlı idi. Sümerliler bu torpaqlara yerləşəndə bunun fərqində idilər və xüsusilə digər planetlərə səyahətlər üçün seçdilər", - o, qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR