Bakıda evlənmək istəməyən yeniyetmə atasını qəribə üsulla öldürüb

Bakıda evlənmək istəməyən yeniyetmə atasını qəribə üsulla öldürüb
16:52 6 Oktyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
“Report”un xəbərinə görə, Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub.
Məlumata görə K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.
Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib.
O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən, yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.
K.Qasımov tutulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-evlenmek-istemeyen-yeniyetme-atasini-qeribe-usulla-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR