Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bəzən həkimlər süni qida şirkətlərinin qurbanına çevrilir"

"Bəzən həkimlər süni qida şirkətlərinin qurbanına çevrilir"

Date: 6 October 2016 16:57

Hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə ed­irlər. Həmin şirkətlərin əməkdaşları qapı­-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatın­ı 5-10 manata satmaq olmaz.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. Baş pediatr bildirib ki, bəzən həkimlər də süni qida şirkətlərinin, mənəviyyatsız işlərin qurbanına çevrilir.
 
N.Quliyev qeyd edib ki, belə hallara qarşı­ Səhiyyə Nazirliyi tə­rəfindən çox ciddi iş­lər aparılır.
 
Baş pediatr vurğulayıb ki, ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər: "Ana südünün əvəzləyicinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib. Bu, çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı".

Milli.Az


Tags:  Bəzən həkimlər süni qida şirkətlərinin qurbanına çevrilir

RƏYLƏR


Top news