Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən sabiq hakim: "Pulu qaytarmışıq"

Dələduzluqda təqsirləndirilən sabiq hakim: "Pulu qaytarmışıq"

Dələduzluqda təqsirləndirilən keçmiş rəis müavini bəraət aldı (15 Mart 2017 14:29)
Təcridxanada öldü, cinayət işinə xitam verildi (13 Mart 2017 19:05)
Sabiq polis rəisinin məhkəməyə gətirilməsi tələb olundu - ARVADINA GÖRƏ (13 Mart 2017 14:19)

Tarix: 6 Oktyabr 2016 16:59

Dələduzluqda  təqsirləndirilən keçmiş hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Dövlət itthamçısı ittiham aktını elan edib. Ittihama münasibət bildirən F.Rzayev özünü qismən təqsirli bilib.

O, məhkəmədə sərbəst ifadə verib. F. Rzayev qeyd edib ki, 20 min manatı Eyvaz Abbasovdan borca  alıb: " Hövsanda obyekt aldıq. Sonra işlərimiz düz gəlmədi. Amma həmin pulu qaytramışıq”.

Proses oktyabrın 13-də davam edəcək.

Qeyd edək ki, Fəxrəddin Rzayev vətəndaş Eyvaz Abbasovun oğlunu Dövlət Yol Polisinə düzəltmək adı ilə ondan 20 min manat pulu dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

F.Rzayev əvvəllər Yasamal Rayon Məhkəməsinin hakimi olub. Bir müddət isə Bakı Hərbi Məhkəməsinin icra şöbəsində çalışıb.


Teqlər:  Dələduzluqda təqsirləndirilən sabiq hakim Pulu qaytarmışıq



RƏYLƏR


Top xəbərlər