AMEA Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun müşavirəsi keçiriləcək

AMEA Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun müşavirəsi keçiriləcək
17:02 6 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda tədbir təşkil olunacaq.
AMEA-dan "Report"a verilən məlumata görə, oktyabrın 12-də AMEA Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illik yubileyi ilə əlaqədar həmin quruma üzv ölkələrinin Səlahiyyətli Nümayəndələri Komitəsinin sədri yanında İşçi Qrupunun müşavirəsi keçiriləcək.
Oktyabrın 13-14-də isə AMEA-nın Alimlər Evində ölkədə “BNTİ günləri”nə həsr olunan tədbirlər təşkil olunacaq.
Tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/amea-birlesmis-nuve-tedqiqatlari-i-nstitutunun-musaviresi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR