19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinaya məğlub olub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinaya məğlub olub
17:17 6 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 5-ci qrupda yer alan yığmanın rəqibi Bosniya və Herseqovina komandası olub. Qarşılaşma Nazim Süleymanovun rəhbərlik etdiyi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millinin yeganə qolu Murad Xaçayevin aktivinə yazılıb. Avstriya ilə keçirilmiş ilk oyunda qırmızı vərəqə alan Elvin Dəmirov bu görüşdə meydana çıxmayıb.
Beləliklə, Avstriyaya 1:4 hesablı məğlubiyyətin ardından, Süleymanovun komandası yenidən uduzaraq, sonuncu pillədə qərarlaşıb. Bosniya və Herseqovina 2 oyundan 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. 2-ci turun digər oyununda Avstriya və Litva milliləri üz-üzə gələcək. Oktyabrın 9-da Azərbaycan - Litva, Bosniya və Herseqovina - Avstriya görüşləri keçiriləcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Avropa çempionatı, seçmə mərhələ, II tur
15:00. Bosniya və Herseqovina - Azərbaycan - 2:1
Qol: Amar Suljiç, 39. Benjamin hadziç, 81 - Murad Xaçayev, 68
Baş hakim: Conatan Lardot (Belçika)
Yan xətt hakimləri: Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva)
Dördüncü hakim: Manfredas Lukyansiukas (Litva)
Mariyampole. "Mariyampole" klubunun stadionu.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/19-yasadek-futbolculardan-ibaret-azerbaycan-millisi-bosniya-ve-herseqovinaya-meglub-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR