Ancelina Coli depressiyaya düşüb - FOTO

Ancelina Coli depressiyaya düşüb - FOTO
17:17 6 Oktyabr 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa, Hollivud ulduzu Ancelina Coli əri Berd Pittdən ayrılandan sonra Malibu şəhərində kirayəyə götürdüyü lüks villaya köçmüşdü.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 41 yaşlı aktrisa özünə və övladlarına daha rahat yaşam üçün indiki villadan da böyük malikanə, yaxud villa arayır.

Ancelina Coli "Hidden Hilss" səmtində Denis Riçardsa məxsus 6,9 milyon dollarlıq villada yaşayır. O, aylıq kirayə qismində 95 min dollar ödəyir.

Ancelina Coli övladları ilə birlikdə yaşamaq üçün lüks villa almağı da istisna etmir.

Bu arada bəlli olub ki, A.Coli smartfonunda Bred Pittin adını "qara siyahı"ya atıb və ərinin telefon zənglərinə cavab vermir.

"Ancelina Coli depressiyadadır, kimsə ilə danışmar istəmir. Uşaqlar da ağır psixoloji durumdadır. Onlar ailənin dağılmasını istəmirlər", - Colinin rəfiqələrindən biri deyib.

Ancelina Coli vücudundakı 22 tatu arasında Bred Pittlə bağlı 3 tatuajı da sildirməyə hazırlaşır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR