Gəncədə 27 yaşlı qız naməlum şəraitdə zəhərlənib

Gəncədə 27 yaşlı qız naməlum şəraitdə zəhərlənib
17:17 6 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 6 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində 27 yaşlı qadın naməlum şəraitdə zəhərlənib.
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Turanə Vaqif qızı Hüseynova naməlum etimologiyalı zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, T.Hüseynovanın hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil: “Ona dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağır olaraq qalır”.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-27-yasli-qiz-namelum-seraitde-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR