Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yadplanetlilərin ehtiras və sevgisi ilə bağlı YENİ GÖRÜNTÜ... – FOTO/VİDEO

Yadplanetlilərin ehtiras və sevgisi ilə bağlı YENİ GÖRÜNTÜ... – FOTO/VİDEO

Date: 6 October 2016 17:18

Moskva şəhərində Fyodor Bandarçukun “cazibə” filminin çəkilişlərinə başlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, film Bandarçukun ən əsrarəngiz işi sayılır. “Cazibə” adlı fantastik melodramın baş rolları gənc aktyorlar Aleksandr Petrov və İrina Starşenbauma həvalə olunub.

Süjet xətti tam olaraq bilinməyən filmin çəkiliş prosesini Bandarçuk yad gözlərdən gizlətmək istəyir. Buna görə də o, filmdə iştirak edən hər kəsə bu ekran əsəri haqqında məlumat yazmayacaqları ilə bağlı sənədə imza atdırıb. O, bunu filmi izləyəcək tamaşaçıları təəccübləndirmək üçün etdiyini deyir.

Bandarçuk film üçün yeni çəkiliş meydançası düzəltdirib və rus filmlərinə xas olmayan yeni texnikadan istifadə edib.

Qeyd edək ki, filimin premyerası 2017-ci il üçün nəzərdə tutulub.

Mələk








Tags:  Yadplanetlilərin ehtiras sevgisi bağlı YENİ GÖRÜNTÜ FOTOVİDEO

RƏYLƏR


Top news