Ermənilər Hadrutda insan ətini necə və niyə yeyiblər?

Ermənilər Hadrutda insan ətini necə və niyə yeyiblər?
17:22 6 Oktyabr 2016
367 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istindən Həmid Herisçinin yazısını təqdim edir:

Azərbaycan zaman-zaman təkcə elə yadelli işğalçıların hücumuna məruz qalmayıb. Vaxtaşırı cüzam, vəba və nəhayət, taun kimi əlacsız, çarəsiz xəstəliklərin, azarların kütləvi hücumuna da məruz qalıb. Sağalmaz xəstəliklərə yoluxmuş Şabran, Beyləqan, Güstasipi kimi şəhərlər tərk edilib. 

Əhalisi dağa-daşa sığınıb. Həmin ağır zamanlar həkimlərimiz, loğmanlarımız xalqın dərdinə şərik çıxaraq möcüzəli məlhəmlər, tutiyələr, dərmanlar ixtira ediblər. Qısası, Azərbaycanda iki dəfə taun əleyhinə dərman, zərdab kəşf edilərək uğurla sınaqdan çıxarılıb.

Taunun iki fərqli müalicə üsulu olub bizdə. Birinci üsul çox qorxulu, vahiməli, dəhşətli idi. Birinci üsulda şeytan vardı, ikincisində incə mələklər. Bugünkü görüşümüzdə biz sizi hər iki fərqli müalicə üsulu ilə tanış etmək fikrindəyik.
***

Tibb elmində pozulmaz qanun mövcuddur - tauna yoluxmuş ərazilər adətən çəmbərə alınır. Girəcəyində, üstü kəllə-sümüklü qara bayraq dalğalandırılır. İlk dəfə belə qara bayraqlar 14-cü əsrin əvvəllərində Krım yarımadasını "bəzəyir". Venetsiya tacirləri ilə döyüşə çıxan Çingiz xan varisləri, Qafa qalasını mühasirəyə alarkən qəfil öz aralarında taun xəstələrini aşkarlayırlar. Digər tərəfdən, qaladakı venetsiyalılar da Çingiz xan xələflərinə təslim olmaq istəmirlər. Vəziyyət dözülməz hala çatanda Canı bəy adlı ordu başçısı, belə deyək, tarixdə ilk dəfə baktereoloji silaha əl atır.

Yarımcan xəstələri döyüş mancanaqlarına qoyaraq, mühasirədəki Qafa qalasına atır.

***
Taun virusunu daşıyanlar adi bit-birələrdir. Onlar əvvəlcə siçanlara daraşır... Sonra insanlara. Çox keçmir bu siçanlar, bu virus daşıyıcılar venetsiyalıların gəmilərində Avropa sahillərinə çatıb taun mikrobunu bütün qitəyə yayır. Nəticədə qara taun bayraqları bütün Avropanı bürüyür. Əhalinin dördə biri tauna yoluxub məhv olur. Canı bəyin bioloji silahı, belə deyək, sözün əsl mənasında özünü doğruldur.

***
Sonuncu dəfə qara taun bayraqları Azərbaycan ərazisində 1930-cu ildə asılıb. Hadisə Dağlıq Qarabağda, Hadrut bölgəsində baş verib. Bədii əsərlərdə bu epizod belə təsvir edilir.
"Düz 3 gündən sonra Hadrutun girəcəyində qara bir bayraq asıldı, Hadrut bağlandı, gediş-gəliş kəsildi, Hadrutun küçələri bomboş boşaldı, evlərin pəncərələri, qapıları kip qapandı. Uzaqdan görünən dağların başı isə, qardan ağappaq idi. Amma qara bayraqla ağ zirvəli dağların təzadından yaranmış bu şairanə mənzərənin tamaşaçısı demək olar ki, gözə dəymirdi. Əhali ya tələf olmuşdu, yaxud hardasa gizlənib qeybə çəkilmişdi".

Yazıçı Elçin Əfəndiyevin "Ölüm hökmü" romanında Hadrutda baş vermiş taun epidemiyasının başlanmasını və şəhərin qapalı zona elan olunmasını yuxarıdakı cümlələrlə qələmə alınır. Həmin epidemiya 1929-cu ilin son ayında başlayır və məşhur mikrobioloq Lev Zilberin başçılıq etdiyi həkim ekspedisiyasının ciddi, çətin mübarizəsi sayəsində ləğv edilir. Xəstəliyin özü ilə apardığı canların sayı, epidemiyanın dəqiq statistikası barədə bu gün də geniş bilgi yoxdur. O hadisələr barədə əsas bilgi rolunu isə hələ də yalnız professor Zilberin yazdığı xatirələr oynamaqda davam edir.

Bakıda aldığı tapşırıqlardan birində Zilberə yazışma və sənədlərdə qətiyyən "taun" kəlməsini işlətməmək tapşırılır. Bunun əvəzində o, "filiz" (rusca - "ruda") sözü yazmalı idi. Elə bu səbəbdən də alim xatirələrini "Filiz əməliyyatı" adlandırıb.

O zamanlar SSRİ, o cümlədən Sovet Azərbaycanı özünün sənayeləşmə dövrünü yaşayırdı deyə, təklif edilmiş ssenari, kənar şəxslərdə heç bir şübhə yaratmır. Mətbuatda Lev Zilberin adı geoloq kimi hallandırılır. Xalq arasında şayiə buraxılır ki, bəs Qarabağda alimlər dəmir filizi axtarırlar. Böyük heyətlə, yüklə Hadruta gəlib yetişən Moskva virusoloqları geoloq adı altında fəaliyyətə başlayırlar. Dəstənin mərkəzi ştabı Hadrut yaxınlığındakı alban monastrı seçilir.
***
Danışdıqlarından bəlli olur ki, taundan ölən ilk xəstə - yeniyetmə, hansısa gəmiricini ovlayıb, xəz dərisini soyub, elə xəstə gəmiricidən də tauna yoluxub. Patoloqanatom, professor Şirokoqorovun apardığı bakterioloji müayinələr taun diaqnozunu təsdiqləyir. Xəstəliyin növbəti qurbanlarından biri isə hərbi həkim Oleq Marlin olur. Lev Zilber xatirələrinə davam edir: "İş elə gətirdi ki, cəsədlərin yandırıldığı xəndəkdə ən üstə həkim Marlinin cəsədi düşdü. Odunlar yanıb, tüstü və od xəndəkdən bayıra yayılanda, Marqolinin bir qolu qəfildən yuxarı qalxdı və tez də aşağı düşdü. Bu tüstü və hisdən qaralmış qol ağ qarlı dağların fonunda kəskin seçilirdi... Yerli əhalinin arasından topladığımız sanitarlar bu səhnəni gördükdə lap diksindilər. Cəsədlərin yandırılmasında iştirak etməkdən qəti şəkildə boyun qaçırdılar".

***
Tezliklə hadisələrin dramatik cərəyanına NKVD işçiləri də müdaxilə edir. Bəlli olur ki, yerli erməni əhalisi, taundan sağalmaq naminə, tamam başqa, əcaib, vəhşi ayinlər həyata keçirirlər. Mənzərə, qorxulu Hollivud filmlərini xatırlatmağa başlayır.

Günlərin birində çekistlər Zilberə bildirir ki, ciddi söhbət var - taun qurbanlarının məzarları naməlum şəxslər tərəfindən açılır, ürək və qaraciyərləri çıxarılar və bu yolla sinfi düşmənlər xəstəliyi ətrafa yayırlar. Sübut üçün çekistlər, Zilberi yeni qəbirləri qazıb meyitləri yoxlamağa çağırırlar.

Həkimlər çekistlərlə bərabər Ay işığında erməni məzarlığına yollanırlar. Açılan 10 qəbirdən üçündə, doğrudan da, cəsədlərin başı bədənindən ayrılmış, sinələri və qarınları bıçaqla yarılaraq ürək və qaraciyərləri götürülmüşdü. Çekistin qənaətinə görə, bu, diversantların işi idi. Zilberlə çekistlər bir an üzbəsurət dayanıb sükuta dalırlar. Sonralar o, bu mənzərəni öz xatirələrində belə təsvir edir: "Təsəvvür edin... gecə yarısı, Ay işığında beş-on nəfər qəbiristanlığa girib, məzarları bir-bir açır. Səmadakı Ay gah buludlar arxasına keçir, gah yenidən doğur. Bu zaman biz öz-özümüzdən qorxmağa başlayırdıq. Açdığımız üçüncü qəbir qadına məxsusdu. Paltarlarını çıxaranda gördük ki, ay aman, bu nədir belə...
Qadının bədənini yarıb ürəyini, ciyərini çıxarmışdılar".

***

Sonrakı dramatik hadisələr, sağlam təfəkkürdən kənardadır elə bil. Sonrakı hadisələrə indi də inanmaq mümkün deyil.

***

Erməni məzarlıqlarında baş verən qorxulu hadisələrin üstü bir gün qəfil öz-özünə açılır. Bulatan kəndində olarkən, yerli müəllim ona burada yaşayan erməni əhalisi arasındakı qəribə adət, inam və əfsanələrdən danışır. Lev Zilberin xatirələrini burda həyəcansız vərəqləmək mümkün deyil: "Mən ona taunun epidemiologiyasının bəzi xüsusiyyətlərindən bəhs etdim və sözarası qeyd elədim ki, taunun ağciyər formasından çox vaxt ailələr bütünlüklə tələf olurlar. 

- Bilirsinizmi, bu cür ailələr haqqında buralarda hansı inamlar yayılıb? - müəllim məndən soruşdu. 

Mən, əlbəttə, bilmirdim. 

- Əgər bir ailənin üzvləri ard-arda vəfat edirsə, bu o deməkdir ki, birinci ölən sağdır və digərlərini öz yanına, məzara çəkir. Onun sağ olduğunu necə bilməli? Bunun üçün məzarın üstünə at gətirirlər və ona yemək üçün yulaf verirlər. At yeyərsə, deməli, məzardakı diridir və onu öldürmək lazımdı. Yəni başını kəsmək, ürəyini, qaraciyərini çıxarmaq. Sonra götürülən üzvləri xırda-xırda doğrayır və ailənin salamat üzvlərinə yedirirlər.

"Filiz" əməliyyatı bu vahiməli epizoddan sonra tamam başqa məzmun qazanır. 

***

Yerli NKVD rəhbərliyi Hadrutda hannibalizm, yəni insan əti yemək hallarını bir-bir qeydə almağa başlayır. Tezliklə hadisələrin baiskarı, səbəbkarı - yerli xalq həkimi də tapılır. Karantindəki xəstələr arasında olmağı onu labüd cəzadan qurtarsa da, taun xəstəliyindən qurtarmır. Axşamçağı onun cəsədini xəndəyə atıb ağ dağ zirvələri fövqündə atəşə yaxırlar. Qəribədir, onun axırından sonra Hadrutda taun xəstəliyi həqiqətən itib gedir.

"Geoloq" Lev Zilberin xatirələrinə daxil olmayan bəzi epizodları biz burda işıqlandırmaq istərdik. Məsələ ondadır ki, taun xəstələrinin yeyilməsi faktı təkcə elə Hadrutda qeydə alınmayıb. Orta əsrlərdə bu cür oxşar hadisələri "taun zamanı ziyafət" adlandırırdılar. Görünür, taunun zərdabını qədim insanlar bax bu cür axtarıb tapmışdılar...

***

Lev Ziber də, axırda sanki bu zərdabdan istifadə edir. "Filiz" əməliyyatı uğurla nəticələnir. Qədim zərdab, dünya bazarına çıxarılır. 

Ancaq tərkibi kimsəyə elan edilmir. 

***
1977-ci ildə "Lenfilm" kinostudiyası Hadrut taunu mövzusuna "açıq kitab" çoxseriyalı filminin 8-ci seriyasında qayıdır. Filmin ən maraqlı epizodları yerli məzarlıqda lentə alınıb. Bu epizodlarda yerli erməni əhalisinin hannibalizm, yəni adam əti yemək faktları xüsusi ustalıqla çəkilib. 

Mətnlər filmdə həm ermənicə, həm də erməni ləhcəsində rusca verilir.

Ermənilərin türkləri qaniçən, adam əti yeyən kimi təsvir etməsi faktı hamımıza bəllidir. Ancaq bunun arxasında heç bir həqiqi, insandırıcı sənəd, fakt yoxdur. 

Lev Zilberin xatirələri, nəhayət "Açıq kitab" filminin 8-ci seriyası bütün bu cəfəngiyatı alt-üst edir, biləsiz. Bəlli olur ki...

Bəlli olur ki, hannibalizm faktlarına Qarabağda rastlanıb. Ancaq türklər arasında deyil, yerli erməni əhalisi arasında.

İndi bizim əlimizə, bax, bu təbliğat silahı düşüb. Gəlin ondan dünya mətbuatında məharətlə istifadə edək.

Robert Koçaryan, Zori Balayan kimilərin nəslində məncə belə hannibalizm sözsüz ki, mövcud olub.

***

Bu mövcud olmasaydı, həmin kəslər insan ətinə, qanına bu qədər susamazdılar.

***
O ki, qaldı Azərbaycanda taun əleyhinə icad edilmiş digər zərdaba...

Həmin bu zərdab, 14-cü əsrin əvvəlində Şeyx Səfinin iştirakı ilə, Neftçalanın "Pirətaun" ocağında aşkarlanıb. Sonralar Avropaya pay göndərilib ki, ordakı taunun kökünü birdəfəlik kəssin.

***
Beləliklə, 14-cü əsrin ilk rübündə, taun əleyhinə zərdab axtaran Şeyx Səfi məktəbi, avropalılardan xeyli əvvəl bu möcüzənin sirrini tapmağa müvəffəq olmuşdu. Şeyx Səfi, deyilənə görə, özü bu maddəni aşkarlayıb onu taun əleyhinə istifadə edir. Nəticədə əvvəl Azərbaycanda, sonra bütün dünyada taun xəstəliyi geriyə addım atır. Milyonlarla zavallı insanın həyatı ölümdən qurtarır. Həmin hadisələrin isə qəribə müqəddiməsi vardı. Taun xəstəliyinin Avropada yayılmağında bəziləri Roma papası 6 cı Klementi günahkar bilirdilər. 1345-ci ilin 16 iyun tarixində həmin Papanın verdiyi xüsusi əmrdə taunun səbəbkarları sırasında ovsunçular, sehrbazlar, əcinnələr, birdə təəccüblənməyin, pişiklər göstərilirdi. Öldürülən hər pişiyə görə qatilə 5 lirə pul ödənilirdi. Nəticədə Avropa qitəsində pişiklər kütləvi şəkildə qırılır, bu da siçanların artmasına, son nəticə olaraq taun xəstəliyinin yeni dalğasına gətirib çıxarır. Azərbaycan həmin vaxtlar Avropanın bu dərdinə biganə qalmır. 

Azərbaycan Elxanilər sülaləsi hökmdarı Əmir Əl Ümara Çobanın oğlu Nuşirəvan, saray həkimi və filosofu Şəhabətdin Yəhya Sührəvərdini işə qatır. O da xüsusi bir məktub yazaraq Roma Papasına göndərib qeyd edir ki, xəstəliyin səbəbkarı pişiklər, əcinnələr, sehrbazlar deyil.
Mələk tükündən hazırlanan bu gizli dərmanın qədim reseptini isə, indi mən açmaq istəmirəm. İnşallah, vaxtı gələndə bunu edərəm.
***
Gördüyümüz kimi, Azərbaycanda taun xəstəliyinin iki fərqli müalicə üsulu olub. İlk xilaskarımız Şeyx Səfidir, sonuncusu Lev Zilber. 

Allah onların ikisinə də rəhmət etsin...


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR