"AMEA pul qazanmalıdır"

"AMEA pul qazanmalıdır"
17:27 6 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Elm haqqında" qanunla Azərbaycan Milli Elmlər Akademiyasına sahibkarlıqla məşğul olmaq hüququ verilib.

Milli.Az bildirir ki, bunu Trend-ə AMEA prezidenti Akif Əlizadə deyib.

AMEA prezidenti qeyd edib ki, bununla bağlı çox işlər görməyi nəzərdə tuturlar: "Bizim əsas işlərimizdən biri də elə kommersiya olmalıdır. AMEA elmi yenilikləri kommersiyalaşdırılmış şəraitə gətirib pul qazanmalıdır".

AMEA-nın hansı sahələr üzrə sahibkarlıqla məşğul ola biləcəyinə gəldikdə, A.Əlizadə qeyd edib ki, bu, kimya, fizika, geologiya, neft geologiyası sahəsi üzrə ola bilər: "Bizim Biologiya bölməsinin institutları da, o cümlədən Torpaqşünaslıq İnstitutu da bu istiqamətdə tədbirlər görə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR