Rusiya və Çinə qarşı müharibə dəhşətli olacaq və çoxlu
qurbanlarla nəticələnəcək.
Publika.az “The İndipendent” nəşrinə istinadən xəbər verir
ki, bu fikirlər amerikalı generallar tərəfindən ABŞ Ordusu
Assosasiyasının Vaşinqtonda keçirilən illik konfransında
səslənib.
ABŞ ordusunun qərargah rəisi Mark Miller bildirib ki, gələcəkdə
genişmiqyaslı müharibə praktiki olaraq qaçılmazdır.
General-mayor Uilyam Xiks isə qeyd edib ki, adi silahlanmalar yaxın
gələcəkdə nəhəng qurbanlara gətirib çıxaracaq: “Biz bunun qarşısını
dayandıra bilməyəcəyik”.
Onun sözlərinə görə, kütləvi avtomatlaşdırma və süni intellektin
inkişafı döyüş hərəkətlərini artırır.
“Çin və Rusiyanın hərbi sahədəki uğurları və yeni texnologiyalar
yaratması Ağ Evi genişmiqyaslı müharibəyə hazırlaşmağa məcbur
etdi”.
ABŞ ordusunun qərargah rəisinin müavini Cozef Anderson onun
fikirləri ilə razılaşıb. Bildirib ki, Rusiya və Çinin sürətli
inkişafı ABŞ-ın hökmranlığını itirməsinə gətirib çıxara bilər.
ABŞ-Çin müharibəsinə doğru: Pentaqonun məxfi SAVAŞ PLANI