"Qala BTX" MMC-nin keçmiş əməkdaşları məhkəmədə özlərini təqsirli saymayıb

"Qala BTX" MMC-nin keçmiş əməkdaşları məhkəmədə özlərini təqsirli saymayıb
17:37 6 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Museyib Museyibov, Mövlan Süleymanov, Emil Qədirzadə və Tağı Məmmədov ifadə veriblər.
Həmin şəxslər istintaqa verdikləri ifadələrini təsdiqləməyiblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
"Qala BTX" MMC-nin Yevlax filialının keçmiş rəis müavini E.Qədirzadə bildirib ki, işə düzələrkən 1 200 manat depozit qoyub.
Proses hazırda davam etdirilir.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan iş adamı haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.
Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.
Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs və 5200 nəfər isə zərərçəkmiş var.
Həmin şəxslər Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 218.3-cü (cinayətkar birlik (təşkilat) yaratma, bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR

25 İyul 2017 02:53

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

25 İyul 2017 02:43

Alberta Ferretti-dən yeni kolleksiya - FOTO

25 İyul 2017 02:32

Xiyar, limon, nanə…

25 İyul 2017 02:17

Alimlər Ayda su tapıb? - AÇIQLAMA

25 İyul 2017 02:08

Bakıda partlayış baş verib

25 İyul 2017 01:52

İŞİD başçısının real varislərindən biri İraqda öldürülüb

25 İyul 2017 01:46

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək

25 İyul 2017 01:42

Həndəsə motivli ev - FOTO

25 İyul 2017 01:32

Antalyada partlayış - Yaralılar var

25 İyul 2017 01:23

Heç vaxt rastlaşmadığınız "sehrli" RESEPT -

25 İyul 2017 01:22

“Qəbələ”nin cavab matçının başlama saatı bəlli oldu

25 İyul 2017 01:14

Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK

25 İyul 2017 01:03

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37

Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

24 İyul 2017 23:32

Azərbaycanda 44 yaşlı kişi güllələnib

24 İyul 2017 23:32

Oğuzda 44 yaşlı kişi güllələndi

24 İyul 2017 23:29

Bağdadinin real varislərindən biri öldürüldü

24 İyul 2017 23:28

Artıq çəki problemi olanlar üçün çimərlik geyimi modelləri - FOTO

24 İyul 2017 23:27

Trampın kürəkəni etiraf etdi -

24 İyul 2017 23:25

"Barselona"nın planı baş tutmadı

24 İyul 2017 23:22

Alişanın nişanlısı cazibədar fotolarını paylaşdı

24 İyul 2017 23:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTO

24 İyul 2017 23:12

Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri

24 İyul 2017 23:05

"Panatinaikos"un gündəmindəki futbolçular...

24 İyul 2017 23:05

Rusiya Suriyadakı iki yeni təhlükəsizlik zonasına hərbi polis yerləşdirib

24 İyul 2017 22:58

Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

24 İyul 2017 22:57