Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Proqnoz: Neftin qiyməti 40 dollardan yüksək qalarsa, Azərbaycanın valyuta ehtiyatları artacaq

Proqnoz: Neftin qiyməti 40 dollardan yüksək qalarsa, Azərbaycanın valyuta ehtiyatları artacaq

Date: 6 October 2016 17:37

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin 40 dollar/barel səviyyəsindən yuxarı olması 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatlarını artıracaq. 
Azərbaycan Mərkəzi Bankından "Report"a bildirilib ki, gələn ilki büdcənin layihəsində ARDNF-in büdcəyə nəzərdə tutulan 6,1 mlrd. manatlıq transferti diqqətə alınaraq neftin qiymətinin 40 dollardan yüksək olması durumunda valyuta ehtiyatlarında artım davam edəcək. 
Qeyd edək ki, Azərbaycanın məcmu valyuta ehtiyatları ilin əvvəlində 38 590,8 mln. dollara bərabər olub. İlin ilk yarısının yekunlarına görə, valyuta ehtiyatları 43 686,5 mln. dollara çatıb. Beləliklə valyuta ehtiyatları ilk 6 ayda 5 095,7 mln. dollar və ya 13,2 % artıb.

Tags:  Proqnoz Neftin qiyməti 40 dollardan yüksək qalarsa Azərbaycanın valyuta ehtiyatları artacaq

RƏYLƏR


Top news