Nazirlik Bakıda kəsilən ağaclarla bağlı araşdırma aparıb

Nazirlik Bakıda kəsilən ağaclarla bağlı araşdırma aparıb
17:44 6 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən “İnşaatçılar” metrosunun yaxınlığında 2 ədəd ağacın kəsilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, araşdırma zamanı məlum olub ki, bu ilin oktyabr ayında Yasamal rayonu Şərifzadə küçəsi bina 148 ünvanında yaşayan Alim Babayev tərəfindən sözügedən ünvanda qəzalı ağaclara müvafiq rəy verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət edilib. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı təhlükəli vəziyyətdə olan 2 ədəd qovaq ağacı aşkar olunub. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qovaq ağaclarının kəsilərək əvəzinə müvafiq torpaq mülkiyyətçisi tərəfindən yeni ağacların əkilməsi şərti ilə rəy verilib.

 

Mövcud qaydalara əsasən qurumuş 2 ədəd qovaq  ağacının kəsilməsi və kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında xidməti sahəsi olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

 

ETSN yaşıllıqların qorunması məqsədilə vaxtında məlumat verən bütün vətəndaşlara, KİV nümayəndələrinə minnətdarlığını bildirir və daxil olan belə məlumatların araşdırılması və diqqətdə saxlanılması üçün qanunamüvafiq operativ tədbirlərin görülməsini davam etdirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR