Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də
İrəvana səfər edəcək.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, bu
barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova deyib.
Onun sözlərinə görə, Lavrov İrəvanda keçiriləcək Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri
Şurasının iclasında iştirak edəcək.
M. Zaxarova qeyd edib ki, KTMT-nin iclasında Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsi də müzakirə oluna bilər.
Asif