"Bakı forumu dünyaya bəşəriyyətin inkişafının alternativ modelini təklif etdi"

"Bakı forumu dünyaya bəşəriyyətin inkişafının alternativ modelini təklif etdi"
17:52 6 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 29-30-da Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forumun iştirakçıları arasında məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov da var idi. "Azerbaydjanskie izvestiya" qəzeti politoloqun Day.Az-ın müxbirinə Forumla bağlı müsahibəsini dərc edib.

Milli.Az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- Siz artıq ənənəyə çevrilmiş Bakı Humanitar Forumunun əhəmiyyətini necə qiymətləndirərdiniz? Sizin fikrinizcə, bu Forumun əsas xüsusiyyəti nədən ibarətdir?

- Bakı Beynəlxalq Humanitar Forumu öz formatına və nümayəndələrinin səviyyəsinə görə oxşar analoji tədbirlər arasında layiqli yerini tapıb. Hazırda dünyada planetar miqyaslı intellektualların müəyyən dövriliklə ən çox halda on toplantısı keçirilir və onlardan biri Bakı Forumudur. Sizin təbirinizcə desək, həmin Forumun "əsas xüsusiyyəti" ondan ibarətdir ki, Bakıda bu cür - məhdud yönümlü deyil, maksimum geniş mövzulu qlobal tədbir keçirilməsi məsuliyyətini öz üzərilərinə götürməyə qorxmadılar. Dünyanın 50-dən çox ölkəsini təmsil edən 400-dən çox iştirakçı, o cümlədən 15 nəfər Nobel mükafatı laureatı - bütün bunlar mənə həqiqətən çox güclü təsir bağışladı və heyrətləndirdi. Mənim UNESCO xətti üzrə 15-ə yaxın əcnəbi qonağın iştirak etdiyi beynəlxalq elmi tədbirlərin təşkili və keçirilməsi üzrə təcrübəm var. Ona görə də bu işin nə qədər mürəkkəb və məsuliyyətli olduğunu bilirəm. Azərbaycan belə bir beynəlxalq tədbir keçirməklə bütün dünyaya bir daha əyani şəkildə sübut etdi ki, bu ölkə intellektuallar ölkəsidir, onun xalqı dünya humanitar fikrini qiymətləndirməyə qabildir.

- Şəxsən siz hansı müzakirələrdə iştirak etdiniz və özünüz üçün nə nəticə çıxardınız?

- Bakı Forumu beynəlxalq konfrans deyil, onun mövzu dairəsi təşkilatçılar tərəfindən əvvəlcədən müəyyən edilmir. Bu, səviyyəsinə, miqyasına, habelə məzmununa görə fərqli tədbirdir. Fikir mübadiləsi üçün multikulturalizmin Azərbaycan modelindən başlamış tibb elminin və farmakologiyanın etik problemlərinə qədər altı əsas tematik istiqamət müəyyən edilmişdi. Ekologiya və davamlı inkişaf, müasir informasiya dünyasında jurnalistikanın rolunun transformasiyası problemlərinə toxunuldu, hamısı yadımda qalmayıb. Mən Forumun mahiyyəti ilə əlaqədar bir müşahidəmi bölüşmək istərdim, zənnimcə, sizin oxucular üçün maraqlı ola bilər.

Forumun ilk iş günündə çıxışlar iki blokdan ibarət idi: dünya səviyyəli siyasətçilərin və Nobel mükafatı laureatlarının çıxışları. Mən həmin çıxışların əksəriyyətini diqqətlə dinlədim və belə bir fikrə gəldim ki, siyasətçilərin çıxışlarını dinləyəndə məruzə başlanandan iki dəqiqə sonra söhbətin nədən gedəcəyini və nə kimi nəticələr çıxarılacağını bilirdim, Nobel mükafatı laureatlarının çıxışlarını dinləyəndə isə bu, məndə xüsusi maraq doğururdu, çünki cari fikir tamamlanandan sonra konkret nə barədə söhbət gedəcəyini heç vaxt əvvəlcədən müəyyən edə bilmirdim.

Məsələn, molekulyar kimya barədə heç nə bilmirəm, lakin müvafiq məruzəni dinləmək mənim üçün hədsiz maraqlı idi, çünki dərhal aydın olurdu ki, natiq ən yüksək səviyyəli, mövzunu təfərrüatı ilə bilən, öz işi ilə yaşayan və özünün elmə marağını hər bir dinləyiciyə çatdırmağa çalışan peşəkardır. Mənə gəldikdə isə Azərbaycan multikulturalizminə, miqrasiya və dini tolerantlıq problemlərinə həsr edilmiş platformanın və ya seksiyanın işində iştirak edirdim. Burada məruzəçilərin və çıxışçıların səviyyəsi çox yüksək idi və mən belə bir kompaniyaya düşdüyümə, nəinki dinləmək, həm də öz fikrimi söyləmək imkanına malik olduğuma görə həqiqətən xoşbəxtəm.

- İştirakçıların çıxışlarında bugünkü Avropada ksenofobiyanın güclənməsi meyllərinin artması dəfələrlə qeyd edildi. Belə təzahürlərə qarşı mübarizədə bu cür forumların rolu nədən ibarət ola bilər?

- Ksenofobiya Qərbi Avropa kütləvi mədəniyyətinin səciyyəvi cəhətidir, bu barədə tam açıq danışmaq lazımdır. Bunun səbəbi çox sadədir: Avropa ərazisinə görə ən kiçik qitədir. Onun ərazisində əhalinin təmərküzləşmə göstəricisi ən yüksək səviyyədədir. Avropa ərazisinin hər bir kvadratmetri "həyati məkan" uğrunda mübarizədə insan qanı ilə suvarılıb. Buna görə də "özümüzünkü-özgəninki" prinsipi üzrə refleksiya Avropada ənənəvi şəkildə yüksəkdir. Mən hətta deyərdim ki, bu məsələ genetik mənşəlidir. Əvvəlcə xaç yürüşləri, sonra müstəmləkə işğalları, daha sonra İkinci Dünya müharibəsinin əsas səbəbi olan millətçi sosializm. Bütün bunlar Avropada əhalinin ifrat sıxlığının "qaranlıq" nəticələridir. Bunun "işıqlı" nəticələri də var - urbanizasiya və sənayeləşmə. Lakin onlar insanların həyatının maddi tərəfi ilə bağlıdır, avropalıların geniş kütlələrinin həyatının mənəvi tərkib hissəsi isə həmişə daha bəsit olub.

Avropalı obıvatellər nisbi maddi firavanlıq və sosial sabitlik şəraitində qastarbayterlərə münasibətdə rəhmdillik və şəfqət nümayiş etdirirlər. Çünki onlar həmin obıvatellər üçün toxluq və məmnunluq yaradır. Lakin növbəti iqtisadi böhran başlayandan, kəmərləri möhkəm bağlamaq zərurəti yaranandan dərhal sonra orta statistik avropalı obıvatelin şüuraltı məkanından ksenofobiyanın müxtəlif stereotipləri üzə çıxmağa başlayır. Bunun heç bir çarəsi yoxdur, çünki bu cür psixi refleksiya Avropa mentallığının üzvi tərkib hissəsidir. Belə reaksiyaları müvəqqəti dayandırmaq olar, amma onların kökünü kəsmək mümkün deyil.

Bu cür meyillərə qarşı mübarizə işində Bakı Beynəlxalq Humanitar Forumunun rolu məsələsinə gəldikdə isə, bu rol sadə və eyni zamanda, çox böyükdür. Belə tədbirlər bəşəriyyətin gələcək inkişafı üçün real alternativin mövcud olması faktını göstərir, ölkələr və xalqlar isə hansı yolla - təkamül, involyusiya, yoxsa inqilab yolu ilə getmək lazım olduğunu özləri seçəcəklər. İnsanın və insanlığın öz mövcudluğunu təşkil etmək üçün həmişə alternativi olmalıdır və Bakı Beynəlxalq Humanitar Forumu qəbilindən olan tədbirlər belə bir alternativin mövcud olması faktının əyani göstəricisidir.

- 1990-cı illərin əvvəlində yaranmış bütün problemlərə baxmayaraq, Azərbaycan çoxmillətli və tolerant ölkə olaraq qalıb, "Azərbaycan multikulturalizmi" termini isə artıq bütün dünyada dövriyyəyə möhkəm daxil olub. Bu fenomen nə ilə izah olunur?

- Azərbaycan tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olub, onun ərazisində müxtəlif xalqlara və müxtəlif dinlərə mənsub insanlar yaşayır. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Əgər sualınızın qoyuluşunda onu nəzərdə tutursunuzsa ki, 1990-cı illərin əvvəlində sizin ölkədə yaranmış hərc-mərclik şəraitində Azərbaycanda etnik təmizləmələr olmayıb, mən buna təəccüblənmərəm. Axı siz erməni deyilsiniz ki, bəşəriyyətə qarşı bu cür kütləvi cinayətlər törədəsiniz, sonra isə gerçəkləşməmiş milli istisnalıq hissindən əziyyət çəkməkdə davam edəsiniz. "Azərbaycan multikulturalizmi" termininin tarixinə gəldikdə isə bu, yaxın vaxtlarda yaranıb və bir neçə il əvvəl Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin məqsədyönlü, mütəşəkkil əlaqələrinin məhsulu olan "Bakı prosesi" dünya gerçəkliyində gündəlik normaya çevrilib. BMT, UNESCO və İSESCO bu prosesi bəyənir və təşviq edir. Bu fikir Bakı Beynəlxalq Humanitar Forumu müddətində ən yüksək səviyyələrdə və ən müxtəlif məkanlarda dəfələrlə səslənib.

Lakin əslində bu termin hansısa təzə və ya süni şəkildə yaradılmış anlayış deyil. Azərbaycan əhalisinə xas olan ənənəvi, hətta deyərdim ki, tradisionalist həyat tərzinin və ya mövcudluq tərzinin nəticəsidir. Azərbaycan müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrindən "Azərbaycan xalqı" adlı konkret sosiomədəni fenomen formalaşdırıb. Bu xalqın strukturunda etnik azərbaycanlılarla bərabər, ləzgilərə, talışlara, ruslara, tatarlara, kürdlərə, yəhudilərə, tatlara, udilərə də yer var, hamısını yadda saxlamaq olmur. Azərbaycan sakinlərinin həyat tərzi tarixən və ya ənənəyə görə mehriban qonşuluq, ayrılıqda götürülmüş bir insanın və ya onun mənsub olduğu rezident sosial qrupun subyektiv cizgilərinə hörmət, - burada dini etiqaddan və ya ümumiyyətlə dünya görüşündən söhbət gedir, - özlüyündə ictimaiyyətçilərin XX yüzillikdə "multikulturalizm" anlayışına verdikləri keyfiyyət əlamətlərinə müvafiq olub və yenə də müvafiqdir.

- Azərbaycan cəmiyyətinin real tolerantlığına baxmayaraq, müxtəlif beynəlxalq hesabatlarda bu ölkəni ksenofobiyada və dözümsüzlükdə təqsirləndirməyə çalışırlar. Bəzən hətta monomilli Ermənistan daha münasib formada təqdim edilir. Nəyə görə belə olur?

- Mən bu fenomeni izah edə bilərəm. Mənim izahım kimlərəsə tamamilə fantasmaqorik təsir bağışlaya bilər, amma bununla belə öz fikrimi bölüşmək istəyirəm. Bəri başdan deyim ki, bu izahat təkcə Avropanın Azərbaycana münasibətdə tutduğu mövqeyə aid olmayıb, həm də "Köhnə Dünya"nın birləşmiş ölkələrinin daha iki dövlətə - Rusiyaya və Türkiyəyə münasibətinə də aiddir. Bu üç ölkə humanitar sahədə nə qədər müsbət irəliləyişə nail olsa da, sosial dialoq, multikulturalizm və ya tolerantlıq sahəsində hansı yüksəkliklərə çatsa da, avropalılar və ya ən azı onların intellektual-inzibati elitasının nümayəndələri həmin ölkələri yenə də "barbar" hesab edəcəklər. Bu münasibətin, onun ilkin şəraitinin və səbəblərinin "Köhnə Dünya"nın keçmişi ilə bağlı konkret reallıqlarla izah edilən sırf tarixi kökləri var. Məlum olduğu kimi, Birləşmiş Avropa ideyası "Müqəddəs həmrəylik" və ya Antanta - Birinci Dünya müharibəsi ərəfəsində və həmin müharibənin ilk illərində Böyük Britaniya, Fransa və Rusiya imperiyasının hərbi-siyasi ittifaqı ideologiyasından qaynaqlanır. Tarixdən hamımızın yaxşı xatırladığımız kimi, ilk vaxtlar Antantanın düşmənləri həmin müharibənin gedişində məhv edilmiş Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperiyaları idi. Məğlub edilmiş bu imperiyaların ayrı-ayrı hissələri hələ müharibənin gedişində onlardan ayrılaraq Antantanın tərkibinə daxil oldular. Bu da yaxşı yadımızdadır ki, 1917-ci ildə bolşeviklər partiyasının ölkədə hakimiyyətə gəlməsi üzündən Rusiya imperiyası "Müqəddəs həmrəylik" ideallarına xəyanət etdi, buna görə də dünyagörüşü baxımından düşmənə çevrildi və hələ də bu cür qəbul edilir. Osmanlı imperiyasının xarabalıqları üzərində yaradılmış Türkiyə darmadağın edilmiş, lakin məğlub olmamış düşmən obrazına çevrildi və indiyə qədər bu cür assosiasiya doğurur. Avropa bu iki imperiyanın tarixi "qəlpələrini" bir-birinin ardınca udacaq və assimilyasiya edəcək, lakin həmin ölkələrin "nüvəsini" heç vaxt özünə daxil etməyəcək. Azərbaycan isə Rusiya və Osmanlı imperiyalarının yuxarıda göstərilən səbəblər üzündən Avropada dünyabaxışı kimi nifrət doğuran tarixi cizgilərini mənimsəyib.

- Forumun mövzusuna qayıdaq. Sizin fikrinizcə, bu Forumun əsas yekunu nədən ibarətdir?

- V Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlərin mahiyyətinə və ya formatına görə, onlarda lap əvvəldən hər hansı konkret nəticəyə yaxud tam müəyyən yekuna nail olmaq nəzərdə tutulmur. Bu, sizin üçün hansısa akademik elmi konfrans və ya hansısa eksperimental nümunənin yekun sınağı deyil ki, orada konkret praktiki nəticə olsun. Bu miqyaslı Forum özlüyündə yetərli hadisədir və nəticə də elə bundan ibarətdir. Belə hallarda, filosofların dediyi kimi, "alfa və omeqa" başlanğıc və sondur.

Forumun başlıca nəticəsi ondan ibarətdir ki, o, iştirakçıların möhtəşəm toplantısı kimi keçirildi. Bu Forum özü tarixin bir səhifəsidir, mətni axıra qədər yazılmış gözəl bir səhifədir. Bu səhifə tamamlanıb. İndi onu çevirmək lazımdır ki, "VI Bakı Beynəlxalq Humanitar Forumu" sərlövhəli yeni səhifə yazmağa başlayaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI

17 Avqust 2017 21:33

Vanqanın 2017-ci ildən sonra üçün DƏHŞƏTLİ PROQNOZlARI -

17 Avqust 2017 21:29

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşdi

17 Avqust 2017 21:20

Gözəl qadın yoxsa yaraşıqlı kişi? - cinsini dəyişənlərdən İNANILMAZ FOTOLAR

17 Avqust 2017 21:18

"Titanik"in qəhrəmanları 20 il sonra bir arada - FOTOLAR

17 Avqust 2017 21:03

Barselonada mikroavtobusu kütlənin üzərinə sürdülər -

17 Avqust 2017 20:57

Barselonada yük maşını kütləyə çırpıldı, ölən və yaralananlar var - MÜSAHİBƏ

17 Avqust 2017 20:49

Luis Suarez bir ay yaşıl meydandan KƏNARDA QALACAQ

17 Avqust 2017 20:48

Suriya BMT-ni beynəlxalq koalisiyanı buraxmağa çağırdı

17 Avqust 2017 20:38

İran müdafiə nazirinin müavini: “Ballistik və qanadlı raketlər üzrə müdafiə potensialımızı artıracağıq”

17 Avqust 2017 20:37

Səidə Sultan mərhum xalq artistini yad etdi -

17 Avqust 2017 20:33

“VAZ” dirəyə çırpıldı, ər-arvad xəstəxanalıq oldu

17 Avqust 2017 20:29

"Ericsson" 25 minədək işçisini ixtisar edəcək

17 Avqust 2017 20:27

Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirildi

17 Avqust 2017 20:23

Ramiz Novruz -

17 Avqust 2017 20:15

Bir neçə saata... - Meteohəssas insanların DİQQƏTİNƏ!

17 Avqust 2017 20:13

Dağıstanda partlayış: ölənlər var

17 Avqust 2017 20:04

Bütün cəbhəboyu HÜCUM, iyirmi beş illik müharibənin SONU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

17 Avqust 2017 20:03

Aralıq dənizində 600 mühacir xilas edildi

17 Avqust 2017 20:00

“Polaroid” şirkəti bazara yeni məhsulları ilə qayıdır

17 Avqust 2017 19:53

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

17 Avqust 2017 19:52

Barselonada naməlum sürücü mikroavtobusu kütlənin üzərinə sürüb, xeyli sayda yaralı var

17 Avqust 2017 19:42

"ABŞ-la Çin arasında iqtisadi müharibə gedir -

17 Avqust 2017 19:38

Ekspert: "Həmsədrlər münaqişənin humanitar tərəflərinə daha çox diqqət yetirməlidirlər"

17 Avqust 2017 19:33

“Kopenhagen” klubunun “Qarabağ” komandasına qarşı şikayəti RƏDD EDİLDİ - RƏSMİ

17 Avqust 2017 19:23

"Azercell" 4G dəstəkli yeni smartfon kampaniyası keçirir

17 Avqust 2017 19:22

Terrorçular 20-dən çox polisi qətlə yetirdi

17 Avqust 2017 19:15

Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır

17 Avqust 2017 19:13

Göygöldə dəhşətli qətl - qadının başını kəsdilər

17 Avqust 2017 19:03

“Ona elə işgəncələr verdilər ki...” – Saakaşvili barədə ŞOK İTTİHAM

17 Avqust 2017 18:58

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 6% artıb

17 Avqust 2017 18:57

Azərbaycanlı və erməni "vor-zakon"lar arasında miras davası - FOTOLAR

17 Avqust 2017 18:53

Göygöldə dəhşətli QƏTL: birinin başı kəsildi, o biri isə...

17 Avqust 2017 18:49

Dünyanın ilk mavi şərabı istehsal edildi

17 Avqust 2017 18:43

Ağsu rayonuna 5,8 milyon manat

17 Avqust 2017 18:32

Duzlu suya 220 volt enerji verilsə, nə baş verər?

17 Avqust 2017 18:30

Zaxarova: "Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir"

17 Avqust 2017 18:28

Mübariz Mənsimov övladları ilə Bodrumda - VİDEO

17 Avqust 2017 18:27

Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilib

17 Avqust 2017 18:27

Bu səhvə görə 600-dan çox bal toplayıb qəbul olmadılar

17 Avqust 2017 18:25

Göygöldə 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb

17 Avqust 2017 18:22

Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

17 Avqust 2017 18:22

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

17 Avqust 2017 18:19

III Dünya müharibəsi bitdi: Putinin sevimli silahı və ABŞ-ın ikinci Perl-Harbor FACİƏSİ

17 Avqust 2017 18:18

"Barselona" yeni transferini rəsmən açıqladı: 40 milyon

17 Avqust 2017 18:17

BolqarıstanTürkiyə ilə sərhədə əsgər göndərir

17 Avqust 2017 18:12

Kosmosda əylənən astronavt: Meyvə şirəsi içmək istədi, amma... - VİDEO

17 Avqust 2017 18:08

Bölgə gəncləri üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

17 Avqust 2017 18:07

"Azəravtoyol"a 5,8 milyon manat ayrıldı - SƏRƏNCAM

17 Avqust 2017 18:04

Sudan Prezidenti İlham Əliyevi təbrik edib

17 Avqust 2017 18:00