İƏT üzvləri İstanbulda toplandı

İƏT üzvləri İstanbulda toplandı
18:08 6 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Putrajaya, Şiraz və Fəs şəhərlərin 2017-ci ildə Gənclər Paytaxtlarının elan ediləcək İslam ölkələri Gənclər və İdman nazirlərinin III beynəlxalq toplantısı bu gün İstanbulda öz işinə başlayıb.

Publika.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gənclər və İdman nazirləri 3-cü Sessiyasının rəsmi açılış mərasimi baş tutub. Mərasimində İƏT rəhbərliyi, İƏT-ə üzv 40-a yaxın ölkənin Gənclər və İdman Nazirliyi və ya müvafiq dövlət qurumunun rəhbərləri, 10-dan çox beynəlxalq təşkilatın başçısı, Türkiyənin yüksək dövlət məmurları, İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri, rəsmi qonaqlar iştirak etmişdir. Tədbirin açılış mərasimində “İƏT Gənclər Paytaxtı” və “Bakı - İslam Həmrəylik Oyunları 2017” video-təqdimat çarxları, İslam Konfransı Gənclər Forumunun İƏT arealındakı fəaliyyəti haqqındakı film nümayiş etdirilib, tədbirin təşkilatçıları - İƏT GİN Sessiyasına ev sahibliyi edən Türkiyə Gənclər və İdman naziri Akif Cığatay, İƏT Baş Katibinin müavini Muhəmməd Naem Xan, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, İslam Həmrəylik Oyunları Federasiyasının (İHOF) prezidenti, şahzadə Feysəl əl-Nasir çıxış ediblər.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov İƏT Gənclər və İdman Nazirlərinin sessiyasında qəbul edilməsi nəzərdə tutulan ən mühüm sənədlərdən biri, İƏT ölkələri gənclər siyasətini qurmağı hədəfləyən İƏT ölkələri Gənclər Strategiyasını tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, Gənclər Strategiyasının əsas hədəfləri İslam ölkələri gənclərinin təhsil, elm, ictimai aktivlik sahəsində səviyyələrinin yüksəldilməsi və imkanlarının genişləndirlməsi, işsizlik və savadsızlığın azaldılması, təkfirçilik və dini ektremizmə qarşı profilaktik tədbirlərin, məzhəblərarası yaxınlaşma işinin güncləndirilməsi, İƏT Gənclər Mərkəzlərinin yaradılmasıdır. Səudiyyə Ərəbistanı şahzadəsi, İHOF prezidenti Feysəl əl-Nasir isə islam ölkələrində idmanın inkişafını nəzərdə tutan və hazırki konfransın yekun sənədlərinə daxil ediləcəyi gözlənilən İƏT İdman Strategiyasını təqdim edib. İƏT GİN nazirlərinin davam edən 3-cü sessiyasında daha bir neçə mühüm qərarın reallaşması, o cümlədən İƏT ölkələri GİN-lərin Birgə Fəaliyyət Planının qəbul edilməsi, bu planı həyata keçirmək üçün İƏT GİN Nazirlər Şurasının və İƏT GİN toplantılarının Daimi Katibliyinin də yaradılması nəzərdə tutulur ki, bu qərarlar İƏT arealında Gənclik sahəsində fəaliyyətlərin daimi əsasda davam etməsi baxımından çox mühümdür. Bu günkü tədbirdə eyni zamanda Malayziyanın Putrajaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərlərinin İslam ölkələri 2017-ci il Gənclər Paytaxtlarının elan edilməsi, bununla bağlı həmin ölkələrin Gənclər və İdman Nazirlikləri ilə İƏT Gənclər Forumu Arasında protokolların imzalanması gözlənilir. İki gün ərzində davam edəcək İƏT Gənclər və İdman nazirləri Sessiyasının yekun qərarlarının sabah qəbul edilməsi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR