Kreditlər hansı məqsədlər üçün götürürlər? - SORĞU

Kreditlər hansı məqsədlər üçün götürürlər? - SORĞU
18:08 6 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

“ACT Azərbaycan” 11-14 sentyabr tarixlərində Bakı şəhərində banklardan kreditlərlə bağlı sorğu keçirib.

Publika.az həmin sorğunu təqdim edir.

Rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var. Onların beşdə biri (20%) krediti məhz yaşayış səviyyəsini yaxşılaşdırmaq niyyəti ilə götürdüklərini bildiriblər.

Təmir üçün banka üz tutanlar sorğuda 12% təşkil edib. Eyni faiz göstəricisi (12%) kreditə müalicə almaq üçün girənlərə məxsusdur. Mənzil sahibi olmaq üçün banka üz tutanlar sorğuda 10%, məişət texnikası əldə etməj istəyənlər isə 8% təşkil edib.

Hal-hazırda kredit ödəyənlərin 45%-ni kişilər təşkil edir. Qadınlar kreditə çox da müsbət yanaşmır. Belə ki, rəyi soruşulan qadınların 70%-i kredit borcunun olmadığını bildirib.

Kredit götürənlərin 43%-ni 35-54 yaş aralığında olan şəxslər təşkil edir. 18-34 yaş aralığına mənsub repondentlərin 70%-i kreditdən istifadə etmədiklərini bildiriblər.

Maraqlısı odur ki, 18-34 (16%) və 35-54 (18%) yaş aralığında olan respondentlər krediti əsasən maddi durumlarını yaxşılaşdırmaq, 55 və çox yaşı olanlar isə sırf müalicə almaq üçün (33%) götürürlər.

Hal-hazırda heç bir bank krediti olmayanların cəmi 19%-i yaxın bir il ərzində kredit götürməyi düşündüyünü bildirib.

Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Dilrubə Vaqifzadə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR