Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək

Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək

Date: 6 October 2016 18:12

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək. 
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində baş tutacaq. 
Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edə biləcəklər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Tags:  Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək


RƏYLƏR


Top news