Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

Date: 6 October 2016 18:22

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib. 
"Report" xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir: 
"Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."

Tags:  Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

RƏYLƏR


Top news