Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AŞPA Komitəsi Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizədini tövsiyə edib

AŞPA Komitəsi Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizədini tövsiyə edib

Date: 6 October 2016 18:27

Bakı. 6 oktyabr. REPORT.AZ/ Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakim seçkisi Komitəsi Lətif Hüseynovu Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizəd kimi tövsiyə edib.
Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən bildiriblər.
AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Komitənin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin - Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. AİHM-in hakim seçkisi Komitəsi daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.
AİHM-ə hakim seçiminin AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək plenar sessiyası çərçivəsində baş tutacağı gözlənilir.

Tags:  AŞPA Komitəsi Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizədini tövsiyə edib

RƏYLƏR


Top news