Ramiz Abutalıbov və Nurəddin Quliyevə Prezidentin fərdi təqaüdü təyin olunub

Ramiz Abutalıbov və Nurəddin Quliyevə Prezidentin fərdi təqaüdü təyin olunub
18:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ramiz Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənədlə Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə isə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/ramiz-abutalibov-ve-nureddin-quliyeve-prezidentin-ferdi-teqaudu-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR