“Ölülər” nümayiş olunacaq - fotolar

“Ölülər” nümayiş olunacaq - fotolar
18:56 6 Oktyabr 2016
49 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 7-də və 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq.

Axşam.az xəbər verir ki, tamaşa xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib.

Rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir. Səhnə əsərində görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq. Səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in “Şeyx Nəsrullah”ı xalq artisti Nurəddin Mehdixanlı, “Kefli İsgəndər”i isə aktyor Anar Heybətovdur.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

Əsərdə XX əsrin əvvəllərində Azərbaycanda baş verən proseslər, mövhumat və cahilliyin dramatik lövhələri təcəssüm etdirilib.






Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR