Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda internetin keyfiyyətindən razısınızmı? - SORĞU

Azərbaycanda internetin keyfiyyətindən razısınızmı? - SORĞU

Date: 6 October 2016 19:03

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edib. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunub.

400 nəfərin iştirak etdiyi sorğu iki müxtəlif auditoriyanı – rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşları əhatə edib.

Sorğunun nəticələrinə görə, rabitə xidmətlərindən istifadə edən vətəndaşların 24%-i texniki keyfiyyətin aşağı olmasını, 13%-i tariflərin yüksək olmasını, 63 %-i isə rabitə xidmətlərindən razılığını bildiriblər.

Telefon rabitəsindən istifadə edənlərin 82 faizi göstərilən xidmətlərdən razılığını, 18 faiz telefon xətlərindəki problemlərdən narazılığını bildirib.

“Rabitə və internet xidmətlərində hansı üstünlükləri və dəyişiklikləri görmək istərsiniz” sualına sorğuda iştirak edənlərin 55%-i keyfiyyətin yüksəldilməsini, 19%-i tariflərin endirilməsini istəyiblər. Respondentlərin 26%-i isə mövcud xidmətlərin onları qane etdiklərini bildiriblər.


Tags:  Azərbaycanda internetin keyfiyyətindən razısınızmı SORĞU


RƏYLƏR


Top news