Bakıda beynəlxalq sərgi və biznes forum keçiriləcək

Bakıda beynəlxalq sərgi və biznes forum keçiriləcək
19:07 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda “B2B International” beynəlxalq işgüzar əməkdaşlıq sərgisi keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Təşkil olunacaq sərgi dekabrın 2-4-ü tarixlərində baş tutacaq. Sərgidə bütün sahələrdən şirkətlərin ekspozisiyaları nümayiş etdiriləcək. 
Eyni zamanda biznes forum və ikitərəfli görüşlər keçiriləcək.
“B2B International”da iştirak etmək və tədbir haqqında ətraflı məlumat əldə etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/bakida-beynelxalq-sergi-ve-biznes-forum-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR