Danışan kitablar Azərbaycana gəldi

Danışan kitablar Azərbaycana gəldi
19:19 6 Oktyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

İKT üzrə mütəxəssis -Anar Rəsulov
 
APA TV-nin "Manşet" proqramında İKT üzrə mütəxəssis Anar Rəsulov Azərbaycanda həyata keçirilən 3 və 4D formatlı kitablarla bağlı aparıcı  İlham Tumasın suallarını cavablandırıb.
 
- Azərbaycan, rus, ingilis, ərəb, çex, polyak, serb, türk bir sıra başqa dillərdə "Danışan" bu kitablar ölkəmizdə Azərbaycan, rus və ingilis dillərində çap olunur. Proqramı yükləyirsiniz, mobil qurğunu kitabın səhifələrinə tuşlayırsınız və qəhrəmanlar canlanır! Onlar sizin toxunuşlarınıza reaksiya verir, oxuyur, rəqs edir, hətta kitabın səhifələrinə toxunuşunuzu belə anlayırlar.
 
- Bir çox valideynlər övladlarının kitaba olan maraqlarının azalmasından şikayət edirlər. Biz özündə adi kitabla virtual reallığı birləşdirən unikal 3D boyama kitabı hazırlamaqla həm valideyinləri, həm də uşaqları düşünmüşük.
 
- Rəsmlərin canlanması üçün onları səliqə ilə rəngləmək lazımdır ki, kənar qara rəngli kontur xətləri rənglənməsin. Rəngləmə üçün yaxşı olar ki, rəngli karandaşlardan istifadə edəsiniz. Karandaş olmadıqda flomastrlardan da istifadə edə bilərsiniz. Proqramın yüklənməsinə dair təlimatı Sual-cavab səhifəsindən tapa bilərsiniz.
 
- Bizim məhsullar 5-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq kitablarımız böyüklərin də marağına səbəb olur. Məhsullarımızın çeşidi durmadan artmaqdadır. Yaxın zamanlarda sırf Azərbaycan istifadəçisi üçün yeni məhsullarımızı sizlərə təqdim edəcəyik.
 
- Bizim kitablar istər qızlar, istərsə oğlanlar üçün maraqlıdır. Canlı boyama kitabı- bu uşaqlarımız üçün 3D personajlarla dolu boyama kitabıdır.
 
- Kitabı əldə etdikdən sonra siz pulsuz təqdim edilən proqramı öz mobil qurğunuza yükləməli, qurğunu rəsmlərin üzərinə gətirirsiniz və kitab canlanır! 3D boyama kitabının personojları oxuyacaq oynayacaq, rəqs edəcək, məsləhətlər verəcəklər. Hətta onlarla birlikdə şəkil də çəkdirə bilərsiniz.
 
- Biz Azərbaycanda 3D boyama kitablarının rəsmi tərəfdaşı və istehsalçısıyıq. Biz 3D boyama, kitablarını özümüz istehsal etdiyimiz üçün sizə yüksək keyfiyyət vəd edə bilərik. Kitablar yüksək keyfiyyətli kağızlarda çap olunur, xüsusi lisenziya ilə qorunur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR